Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Ənvər Həmidov

Şəki Ensiklopediyası səhifəsi
91.242.20.149 (Müzakirə) tərəfindən edilmiş 04:03, 31 mart 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Ənvər Həmidov
Həmidov Ənvər Mustafa oğlu
Ənvər Həmidov
Ənvər Həmidov.
Doğum tarixi 17 iyul 1937(1937-07-17)
Doğum yeri Nuxa, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 20 mart 2014 (76 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Dəfn yeri Bakı, Mərdəkan qəsəbəsi, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi tibb
Elmi dərəcəsi tibb elmləri namizədi
Təhsili

N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu ( – 1962)

Mərkəzi Travmatologiya və Ortopediya İnstitutu, aspirantura (Moskva, 1968 – 1971)
Həyat yoldaşı Zöhrə Məmmədova
Uşaqları Gülsüm Hacıyeva, Zərnurə Həmidova, Mustafa Həmidov
Tanınır Ənvər Mete

Ənvər Həmidov (1937 – 2014) — tanınmış həkim-travmataloq, tibb elmləri namizədi. 1987-ci ildən 26 saylı Bakı Şəhər Birləşmiş Xəstəxanasında çalışmış, o cümlədən, 1987 – 2000-ci illərdə həmin xəstəxananın baş həkimi olmuşdur. Elmi və tibbi fəaliyyəti ilə yanaşı, publisistik fəaliyyətlə də məşğul idi; Azərbaycan tibb işçiləri haqqında və Şəkinin görkəmli şəxsləri haqqında bioqrafik məlumat toplularının müəllifidir.

Haqqında məlumatlar

17 iyul 1937-ci il tarixdə Nuxada anadan olub.

Təhsili

1954-ci ildə M.Qorki adına Nuxa şəhər 10 №-li orta məktəbini,

1962-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib.

1968 –1971-ci illərdə isə Moskvada Mərkəzi Travmatologiya və Ortopediya İnstitutunun aspiranturasında sümük patologiyası ixtisaı üzrə təhsil alıb.

Əmək fəaliyyəti

1962 – 1968-ci illərdə Nuxa/Şəki Rayonlararası Mərkəzi Xəstəxanasında cərrah,

1971 – 1976-cı illərdə Bakı Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda əvvəl kiçik elmi işçi, sonra isə baş elmi işçi,

1976 – 1983-cü illərdə Bakı şəhər 3 saylı klinik xəstəxanasında ortopediya şöbəsinə midiri,

1984 – 1987-ci illərdə 14 saylı Bakı Şəhər Birləşmiş Xəstəxanasının baş həkimi,

1987 – 2000-ci illərdə 26 saylı Bakı Şəhər Birləşmiş Xəstəxanasının baş həkimi,

2000 – 2014-cü illərdə isə 26 saylı Bakı Şəhər Birləşmiş Xəstəxanasında travmatoloq – ortoped və baş həkimin müalicə işləri üzrə müavini vəzifəsində çalışıb.

Elmi fəaliyyəti

1971-ci ildə Moskvada Mərkəzi Travmatologiya və Ortopediya İnstitutunda sümük sümük şişləri mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

70-dən çox elmi işin, 5 monoqrafiyanın müəllifidir. Bir elmi işi ABŞ-da çap olunub.

Digər

1975 – 1980-ci illərdə Azərbaycan Travmatologiya – Ortopedlər Elmi Cəmiyyəti İdarə Heyətinin katibi olub.

1982 – 1987-ci illərdə Buzovna Qəsəbə Xalq Deputatları Sovetinin,

1985 – 1995-ci illərdə Əzizbəyov Rayon Xalq Deputatları Sovetinin,

1990 – 1995-ci illərdə isə Bakı Şəhər Xalq Deputatları Sovetinin deputatı olub.

Səhiyyə əlaçısı və əmək veteranı idi.

Kitabları

  1. “Ekologiya və sağlamlıq” (Bakı, 1990);
  2. “Torpağımız, məhsullarımız və sağlamlığımız” (Bakı, 1990);
  3. “Loğmanlar yurdu” (Bakı, “İşıq” nəşriyyatı, 1991) – Azərbaycan tibb işçiləri haqqında bioqrafik məlumatlar toplusu;
  4. “O torpağın övladları” (Bakı, “Nurlan” nəşriyyatı, 2006). Şəkinin görkəmli şəxsləri haqqında bioqrafik məlumatlar toplusudur;
  5. “Loğmanlar” (Bakı, “Nurlan” nəşriyyatı, 2008) – “Loğmanlar yurdu” (1991) kitabının əlavələrlə yenilənmiş təkrar nəşri, müəllif bu nəşrdə “Ənvər Mete” imzasından istifadə edib;
  6. “İblis xislətli erməni” (Bakı, “Elm və təhsil” nəşriyyatı, 2009);
  7. “İntellektual ekologiya” (Bakı, “Elm və təhsil” nəşriyyatı, 2012).

Vəfatı

20 mart 2014-cü il tarixdə – 76 yaşında, Bakıda vəfat edib. Mərdəkan qəbiristanlığında dəfn olunub.

Ədəbiyyat

  1. Nadir Əhmədov (23-05-2014). "Mənalı həyat yolu". http://medeniyyet.az (azərb.). medeniyyet.az. 15 Jun 2019 - 17 Sep 2019 tarixində arxivləşdirilib.
  2. "Ənvər Mustafa oğlu Həmidov (Ənvər Mete) vəfat edib" (azərb.). 21 Jul 2020 tarixində arxivləşdirilib.
  3. Orsər R. Ənvər Mete // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 363 – 365. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.

Şablon:Yaxşı məqalə