Ənvər Mikayılzadə

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (müzakirə | redaktələr) (→‎Əmək fəaliyyəti) tərəfindən edilmiş 23:59, 4 dekabr 2022 tarixli redaktə
Ənvər Mikayılzadə
Mikayılzadə Ənvər İsmayıl oğlu
Ənvər Mikayılzadə
Ənvər Mikayılzadə.
Doğum tarixi 13 yanvar 1933(1933-01-13)
Doğum yeri Nuxa (indiki Şəki), Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 12 oktyabr 2009 (76 yaşında)
Vəfat yeri Şəki, Azərbaycan
Vətəndaşlıq SSRİ Azərbaycan
Təhsili

 • Nuxa Pedaqoji Texnikumu (–1953)

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət universiteti)

 • Bakı Ali Partiya Məktəbi(az)
Mükafatları "Azərbaycan SSR əməkdar jurnalisti" fəxri adı

Ənvər Mikayılzadə (1933–2009) — tanınmış jurnalist, müxtəlif illərdə “Şəki fəhləsi” qəzetinin redaktoru və Azərinform/AzərTac informasiya agentliyinin bölgə müxbiri kimi məsul vəzifələrdə çalışmışdır. 1990-cı ildə – Azərinformin 70 illik yubileyi münasibəti ilə “Azərbaycan SSR əməkdar jurnalisti” fəxri adına layiq görülüb.

Haqqında məlumatlar

13 yanvar 1933-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

Nuxa şəhər 4 №-li orta məktəbində təhsil alıb.

1953-cü ildə Nuxa Pedaqoji Texnikumunu bitirib. Daha sonra S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət universiteti) və Bakı Ali Partiya Məktəbində(az) təhsil alıb.

Əmək fəaliyyəti

Azərbaycan KP Nuxa/Şəki şəhər partiya komitəsində texniki katib, katib köməkçisi (1959), təlimatçı, “Lenin bayrağı”/“Şəki fəhləsi” qəzetinin şöbə müdiri,

1974 – 1979-cu illərdə “Şəki fəhləsi” qəzetinin redaktoru,

1985-ci ildən sonra əvvəl Azərinformun, daha sonralar isə AzərTacın bölgə müxbiri olub. Həyatının son illərində Şəki Kənd Təsərrüfatı Texnikumunda direktor müavini vəzifəsində çalışıb.

Vəfatı

12 oktyabr 2009-cu il tarixdə – 76 yaşında, Şəkidə vəfat edib.

Ədəbiyyat

  1. Şükürov R., Orsər R. Mikayılzadə Ənvər İsmayıl oğlu // İşıq məbədi. — Bakı: İdeal-Print, 2010. — Səhifələrin sayı:  310. — Səh.: 207. — (Ş 4702060200). — 1.000 nüsx. — ISBN 978995244710.