Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Ənvər Qarayev

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (Səhifəni 'Kateqoriya:Ə{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış rəssam və heykəltəraşlar{...' ilə yarat) tərəfindən edilmiş 03:41, 5 dekabr 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Ənvər Qarayev
Qarayev Ənvər Vahid oğlu
Ənvər Qarayev.jpg
Ənvər Qarayev
Doğum tarixi 18 fevral 1947(1947-02-18)
Doğum yeri Nuxa, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 29 yanvar 2011 (63 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİ→
Flag of Azerbaijan.svg Azərbaycan
Fəaliyyəti rəssam
Mükafatları "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 2002

Ənvər Vahid oğlu Qarayev — Azərbaycanın dekorativ-tətbiqi sənət ustası, Azərbaycan Respublikasının əməkdar rəssamı (2002).

Həyat və yaradıcılığı

Ənvər Qarayev 18 fevral 1947-ci ildə Nuxada (hazırkı Şəki) anadan olmuşdur. O, 1978-ci ildən Azərbaycan Rəssamlar İttifaqı olmuşdur. Müxtəlif illərdə Azərbaycan Rəssamlar İttifaqının dekorativ-tətbiqi sənət bölməsinin sədri və katibi vəzifələrində, eyni zamanda 20 ildən artıq "Göyərçin" jurnalında çalışıb.

Rəssam dekorativ-tətbiqi sənətin müxtəlif sahələrində fəaliyyət göstərmiş, eləcə də batika sənətinə yiyələnmişdir. Onun əsərləri dünya muzeylərində, qalereyalarında və şəxsi kolleksiyalarda saxlanılır. Moskvadakı Şərq Muzeyində "Çovqan", Berlin Dekorativ İncəsənət Muzeyində "Cıdır", Antalya Rəssamlıq Qalereyasında "Türkün sözü" və başqa əsərləri sərgilənmişdir.[1]

Ənvər Qarayev 29 yanvar 2011-ci ildə vəfat etmiş, Bakıdakı köhnə qəbiristanlıqda dəfn olunmuşdur.[2]

Mükafatları

İstinadlar

  1. "Hər əsərində dekorativliyə meyl edən rəssam". yeniavaz.com. 19 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2020.
  2. "Azərbaycan Rəssamlar İttifaqının dekorativ-tətbiqi sənət bölməsinin sədri, əməkdar rəssam Ənvər Qarayev vəfat edib". apa.az. 2 fevral 2011. 19 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2020.
  3. "Təsviri sənət xadimlərinə Azərbaycan Respublikası fəxri adlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 30 may 2002. 19 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2020.