Ənvər Qarayev

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (müzakirə | redaktələr) (→‎Yaradıcılığı) tərəfindən edilmiş 18:33, 29 yanvar 2021 tarixli redaktə
Ənvər Qarayev
Qarayev Ənvər Vahid oğlu
Ənvər Qarayev
Doğum tarixi 18 fevral 1947(1947-02-18)
Doğum yeri Nuxa, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 29 yanvar 2011 (63 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ→
Azərbaycan
Fəaliyyəti rəssam
Mükafatları "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 2002

Ənvər Vahid oğlu Qarayev — Azərbaycanın dekorativ-tətbiqi sənət ustası, Azərbaycan Respublikasının əməkdar rəssamı (2002).

Haqqında məlumatlar

18 fevral 1947-ci il tarixdə Nuxada, ziyalı ailəsində anadan olub.

Təhsili

1962-ci ildə Bakı şəhər 25 №-li orta məktəbiniin (Oktyabr rayonu, indiki Yasamal rayonu) 8-ci sinfini,

1967-ci ildə isə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib.

1967 – 1973-cü illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rəssamlıq fakültəsində təhsil alıb.

Hərbi xidmət

1973-cü ildə institutu bitirdikdən sonra hərbi xidmətdə olub.

Əmək fəaliyyəti

1975 – 1977-ci illərdə Uşaqların təsviri yaradıcılığı üzrə metodik mərkəzin direktor müavini,

1977 – 1981-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsində quruluşçu rəssam vəzifəsində çalışıb.

Yaradıcılığı

O, 1976-cı ildən SSRİ Rəssamlar İttifaqının üzvü olub. Dünyanın bir çox ölkələrində – Almaniyada, Polşada, Avstryada, Macarıstanda, Rusiyada, Türkiyədə, Misirdə, təşkil olunmuş rəssamlıq sərgilərində iştirak edib. Moskvadakı Şərq Muzeyində “Çovqan”, Berlin Dekorativ İncəsənət Muzeyində “Cıdır”, Antalya Rəssamlıq Qalereyasında “Türkün sözü” əsərləri saxlanılır.

Rəssam dekorativ-tətbiqi sənətin müxtəlif sahələrində fəaliyyət göstərmiş, eləcə də batika sənətinə yiyələnmişdir. Onun əsərləri dünya muzeylərində, qalereyalarında və şəxsi kolleksiyalarda saxlanılır.

Təltif və mükafatları

Vəfatı

29 yanvar 2011-ci il tarixdə – 63 yaşında, Bakıda vəfat edib. Bakıdakı köhnə qəbiristanlıqda dəfn olunub[2].


İstinadlar

  1. "Təsviri sənət xadimlərinə Azərbaycan Respublikası fəxri adlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 30 may 2002. 19 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2020.
  2. "Azərbaycan Rəssamlar İttifaqının dekorativ-tətbiqi sənət bölməsinin sədri, əməkdar rəssam Ənvər Qarayev vəfat edib". apa.az. 2 fevral 2011. 19 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2020.

Ədəbiyyat