Ənvər Qarayev
Ənvər Qarayev (1947–2011) — tanınmış rəssam və dekorativ-tətbiqi sənət ustası, Azərbaycan Respublikasının əməkdar rəssamı, Azərbaycan Rəssamlar İttifaqının Rəyasət heyətinin üzvü, sədrin müşaviri və dekorativ-tətbiqi sənət bölməsinin sədri.
Ənvər Qarayev | |
---|---|
Qarayev Ənvər Vahid oğlu | |
Ənvər Qarayev. | |
Doğum tarixi | 18 fevral 1947 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 29 yanvar 2011 (63 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Dəfn yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Fəaliyyəti | rəssam |
Təhsili |
• Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini (–1967) • Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutu, rəssamlıq fakültəsi (1967–1973) |
Mükafatları |
Haqqında məlumatlarRedaktə
18 fevral 1947-ci il tarixdə Nuxada (indiki Şəki), ziyalı ailəsində anadan olub.
TəhsiliRedaktə
1962-ci ildə Bakı şəhər 25 №-li orta məktəbinin (Oktyabr rayonu, indiki Yasamal rayonu) 8-ci sinfini,
1967-ci ildə isə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib.
1967 – 1973-cü illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rəssamlıq fakültəsində təhsil alıb.
Hərbi xidmətRedaktə
1973-cü ildə institutu bitirdikdən sonra hərbi xidmətdə olub.
Əmək fəaliyyətiRedaktə
1975 – 1977-ci illərdə Uşaqların təsviri yaradıcılığı üzrə metodik mərkəzin direktor müavini,
1977 – 1981-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsində quruluşçu rəssam vəzifəsində çalışıb.
YaradıcılığıRedaktə
Rəssamlığın müxtəlif sahələri ilə və eləcə də dekorativ-tətbiqi sənətin müxtəlif növləri (keramika, qrafika, monumental keramik panno, bədii metal, ağac üzərində oyma, qobelen, batika və s) ilə məşğul olub.
Dünyanın bir çox ölkələrində – Almaniyada, Polşada, Avstriyada, Macarıstanda, Rusiyada, Türkiyədə, Misirdə, təşkil olunmuş rəssamlıq sərgilərində iştirak edib. Moskvadakı Şərq Muzeyində “Çovqan”, Berlin Dekorativ İncəsənət Muzeyində “Cıdır”, Antalya Rəssamlıq Qalereyasında “Türkün sözü” əsərləri saxlanılır.
DigərRedaktə
1976-cı ildən SSRİ Rəssamlar İttifaqının üzvü olub.
Həyatının son illərində Azərbaycan Rəssamlar İttifaqının Rəyasət heyətinin üzvü, sədrin müşaviri və dekorativ-tətbiqi sənət bölməsinin sədri idi.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat Dil İnstitutunun direktoru Yaşar Qarayevin (1936–2002) kiçik qardaşıdır.
Təltif və mükafatlarıRedaktə
- “Azərbaycan Respublikasının əməkdar rəssamı” fəxri adı — 30 may 2002[1].
VəfatıRedaktə
29 yanvar 2011-ci il tarixdə – 63 yaşında, Bakıda vəfat edib. Bakıda Köhnə qəbiristanlıqda dəfn olunub[2].
İstinadlarRedaktə
- ↑ "Təsviri sənət xadimlərinə Azərbaycan Respublikası fəxri adlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (azərb.). e-qanun.az. 30 may 2002. 19 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2020.
- ↑ "Azərbaycan Rəssamlar İttifaqının dekorativ-tətbiqi sənət bölməsinin sədri, əməkdar rəssam Ənvər Qarayev vəfat edib". apa.az (azərb.). 2 fevral 2011. 19 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2020.
ƏdəbiyyatRedaktə
- Məmmədov Ə., Xalıqov F. Qarayev Ənvər // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 226-227. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
- "Hər əsərində dekorativliyə meyl edən rəssam". yeniavaz.com. 19 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2020.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |