Diqqət! Saytın stabil versiyası www.sheki.org domenində fəaliyyət göstərir. Burada səhifə xətaları ola bilər...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Əsabəli İbrahimov

Şəki Ensiklopediyası materialı
Mammadov2 (müzakirə | redaktələr) tərəfindən edilmiş 20:47, 16 may 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
......
Əsabəli İbrahimov
İbrahimov Əsabəli İbrahim oğlu
Əsabəli İbrahimov
Əsabəli İbrahimov.

Əsabəli İbrahimov (1916–2004) — sovet dövründə Şəkidə tikinti sahəsi üzrə tanınmış mütəxəssis və rəhbər kadr olmuş şəxs. 1961-ci ildə cəmi bir-iki ay Nuxa şəhər Soveti icraiyyə komitəsinin sədri vəzifəsində də çalışmışdır. 2004 — 2010-cu illərdə Şəkinin icra başçısı olmuş Nazim İbrahimovun atasıdır.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

15 may 1916-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1937-ci ildə Bakı yol və körpü tikintisi texnikumunu bitirib.

Hərbi xidmətdə[Vizual/Mobil redaktə | HTML redaktə]

1939-cu ildə hərbi xidmətə gedib. Böyük Vətən müharibəsi iştirakçısıdır. 1945-ci ildə starşina hərbi rütbəsinə malik olub və 2-сi Xüsusi Təyinatlı Aviasiya Diviziyasında (rus.: 2-й Авиационной дивизии особого назначения) adyutant olaraq xidmət edib (sovet rəhbərlərinin, o cümlədən, Stalinin rəsmi səfərlərə aparılıb-gətirilməsi işi bu diviziyanın təyyarələri vasitəsi ilə həyata keçirilirdi).

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1959-cu ildə Nuxadakı 11 nömrəli yol istismar idarəsinin rəisi idi.

1961-ci ilin mart ayında Nuxa şəhər Soveti icraiyyə komitəsinin sədri seçilib və cəmi bir-iki ay bu vəzifədə çalışıb. Daha sonra yenidən tikinti idarəsinə müdir təyin olunub.

İctimai-siyasi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

Dördüncü çağırış (1953), Beşinci çağırış (1955), Altıncı çağırış (1957), Yeddinci çağırış (1959) Nuxa şəhər sovetinin deputatı seçilib. 1961-ci ildə isə həm Səkkizinci çağırış Nuxa rayon Sovetinin, həm də Nuxa şəhər Sovetinin deputatı seçilib.

Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

16 orden və medal; o cümlədən,

Şəkillər[Vizual/Mobil redaktə | HTML redaktə]

Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]

31 mart 2004-cu il tarixdə – 87 yaşında, Bakıda vəfat edib. Bakıda da dəfn olunub.

İstinadlar[Vizual/Mobil redaktə | HTML redaktə]

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Ибрагимов Асабалий Ибрагимович : [rus.] // Память народа. — Müraciət tarixi: 26.04.2023.
  2. Ибрагимов Асабалий Ибрагимович : [rus.] // Память народа. — Müraciət tarixi: 26.04.2023.
  3. Ибрагимов Асабалий Ибрагимович : [rus.] // Память народа. — Müraciət tarixi: 26.04.2023.

Həmçinin, bax:[Vizual/Mobil redaktə | HTML redaktə]

Bildiriş[HTML redaktə]

...