Əsabəli İbrahimov
Əsabəli İbrahimov (1916–2004) — sovet dövründə Şəkidə tikinti sahəsi üzrə tanınmış mütəxəssis və rəhbər kadr olmuş şəxs. 1961-ci ildə cəmi bir-iki ay Nuxa şəhər Soveti icraiyyə komitəsinin sədri vəzifəsində də çalışmışdır. 2004 — 2010-cu illərdə Şəkinin icra başçısı olmuş Nazim İbrahimovun atasıdır.
Əsabəli İbrahimov | |
---|---|
İbrahimov Əsabəli İbrahim oğlu | |
Əsabəli İbrahimov. | |
Anadan olub | 15 may 1916 |
Anadan olduğu yer | Nuxa (indiki Şəki), Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat edib | 31 mart 2004 (87 yaşında) |
Vəfat etdiyi yer | Bakı, Azərbaycan |
Dəfn yeri | Bakı, Azərbaycan |
Həyat yoldaşı | Sofiya |
Anası | Fuad, Rüfət, Nazim və Tofiq |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Təhsili | Bakı yol və körpü tikintisi texnikumu (–1937) |
Mükafatları | |
Adının digər versiyaları | Asabalı İbrahimov, Әсабәли Ибраһимов, Ибрагимов Асабалий, Асабалий Ибрагимов |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
15 may 1916-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1937-ci ildə Bakı yol və körpü tikintisi texnikumunu bitirib.
Hərbi xidmətdə Vizual/Mobil redaktə
1939-cu ildə hərbi xidmətə gedib. Böyük Vətən müharibəsi iştirakçısıdır. 1945-ci ildə starşina hərbi rütbəsinə malik olub və 2-сi Xüsusi Təyinatlı Aviasiya Diviziyasında (rus.: 2-й Авиационной дивизии особого назначения) adyutant olaraq xidmət edib (sovet rəhbərlərinin, o cümlədən, Stalinin rəsmi səfərlərə aparılıb-gətirilməsi işi bu diviziyanın təyyarələri vasitəsi ilə həyata keçirilirdi).
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1959-cu ildə Nuxadakı 11 nömrəli yol istismar idarəsinin rəisi idi.
1961-ci ilin mart ayında Nuxa şəhər Soveti icraiyyə komitəsinin sədri seçilib və cəmi bir-iki ay bu vəzifədə çalışıb. Daha sonra yenidən tikinti idarəsinə müdir təyin olunub.
İctimai-siyasi fəaliyyəti Vizual/Mobil redaktə
Dördüncü çağırış (1953), Beşinci çağırış (1955), Altıncı çağırış (1957), Yeddinci çağırış (1959) Nuxa şəhər sovetinin deputatı seçilib. 1961-ci ildə isə həm Səkkizinci çağırış Nuxa rayon Sovetinin, həm də Nuxa şəhər Sovetinin deputatı seçilib.
Təltif və mükafatları Vizual/Mobil redaktə
16 orden və medal; o cümlədən,
- “Döyüş xidmətlərinə görə” medalı (24.02.1945)[1];
- “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı (18.08.1945)[2];
- “Leninin yubiley” medalı (1970);
- II dərəcəli “Vətən Müharibəsi” ordeni (06.11.1985)[3].
Şəkillər Vizual/Mobil redaktə
-
Əsabəli İbrahimov uniformada.
-
Əsabəli İbrahimov uniformada.
-
Cövdət Hacıyev, Əsabəli İbrahimov və Qara Qarayev.
-
Əsabəli İbrahimov həyatının son illərində.
Vəfatı Vizual/Mobil redaktə
31 mart 2004-cu il tarixdə – 87 yaşında, Bakıda vəfat edib. Bakıda da dəfn olunub.
İstinadlar Vizual/Mobil redaktə
Ədəbiyyat Vizual/Mobil redaktə
- Ибрагимов Асабалий Ибрагимович : [rus.] // Память народа. — Müraciət tarixi: 26.04.2023.
- Ибрагимов Асабалий Ибрагимович : [rus.] // Память народа. — Müraciət tarixi: 26.04.2023.
- Ибрагимов Асабалий Ибрагимович : [rus.] // Память народа. — Müraciət tarixi: 26.04.2023.
Həmçinin, bax: Vizual/Mobil redaktə
- Şəki (Nuxa) rayon və şəhər Sovetlərinin sədr, sədr müavini və katiblərinin siyahısı
- Dördüncü çağırış Nuxa rayon və şəhər sovetlərinin deputatlarının siyahısı (1953)
- Beşinci çağırış Nuxa rayon və şəhər sovetlərinin deputatlarının siyahısı (1955)
- Altıncı çağırış Nuxa rayon və şəhər sovetlərinin deputatlarının siyahısı (1957)
- Yeddinci çağırış Nuxa rayon və şəhər sovetlərinin deputatlarının siyahısı (1959)
- Səkkizinci çağırış Nuxa rayon və şəhər sovetlərinin deputatlarının siyahısı (1961)
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |