Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Əsabəli Quliyev

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 22:09, 16 yanvar 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Əsabəli Quliyev
Quliyev Əsabəli Musa oğlu
Əsabəli Quliyev
Əsabəli Quliyev, 2021-ci il.
Doğum tarixi 16 yanvar 1939 (1939-01-16) (85 yaş)
Doğum yeri Oxud, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Elm sahəsi pedaqogika
Elmi dərəcəsi pedaqoji elmlər namizədi
Təhsili Çingiz İldırım adına Politexnik İnstitutu, mexanika fakültəsi (1962 – 1966)
Elmi rəhbəri akademik S.Y.Batişev
Mükafatları “Azərbaycan SSR əməkdar texniki peşə təhsili işçisi” fəxri adı

Əsabəli Quliyev – pedaqoq-alim, pedaqoji elmlər namizədi, Azərbaycan SSR əməkdar texniki peşə təhsili işçisi. Uzun müddət Azərbaycan SSR/Azərbaycan Respublikası Peşə Təhsili Komitəsi Elmi-Tədqiqat və Metodiki İdarəsinin rəisi vəzifəsində çalışmışdır.

Haqqında məlumatlar

16 yanvar 1939-cu il tarixdə Nuxa rayonunun Oxud kəndində anadan olub.

Təhsili

1947 – 1957-ci illərdə Oxud kənd orta məktəbində,

1962 – 1966-cı illərdə isə Çingiz İldırım adına Politexnik İnstitutunun mexanika fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

1957 – 1958-ci illərdə Nəriman Nərimanov adına kolxozda işləyib.

1966 – 1967-ci illərdə Bakı 11 №-li peşə məktəbində istehsalat ustası,

1967 – 1971-ci illərdə isə ixtisas-fənn müəllimi vəzifəsində çalışıb.

1971 – 2001-ci illərdə Azərbaycan SSR/Azərbaycan Respublikası Peşə Təhsili Komitəsi Elmi-Tədqiqat və Metodiki İdarəsinin rəisi olub.

2001-ci ildən Azərbaycan müəllimlər İnstitutunun təhsilin idarəedilməsi kafedrasında müəllim işləyir.

İkinci iş yerləri

1977 – 1979-cu illərdə Kuba Respublikasının Təhsil Nazirliyində məsləhətçi işləyib.

Elmi fəaliyyəti

1988-ci ildə SSRİ Pedaqoji Elmlər Akademiyasının şöbə müdiri akademik Sergey Yakreviç Batişevin rəhbərliyi ilə “Kubada texniki peşə təhsilinin inkişafı” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

40-dan artıq elmi-pedaqoji məqalənin və bir neçə monoqrafiyanın müəllifidir.

Digər

1958 – 1961-ci illərdə hərbi xidmətdə olub.

1997 – 1998-ci illərdə YUNESKO-nun peşə təhsili üzrə eksperti olub.

2003-cü ildən Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin “Peşə təhsili müəssisələrinin istehsalat təlim ustaları və ixtisas-fənn müəllimlərinin ixtisaslarının artırılması” layihəsinin assistenti olub.

Təltifləri

  • “Azərbaycan SSR əməkdar texniki peşə təhsili işçisi” fəxri adı (4 fevral 1991-ci il).

Ədəbiyyat

Şablon:Yaxşı məqalə