Əsabəli Quliyev

Aydinsalis (müzakirə | redaktələr) tərəfindən edilmiş 08:32, 2 sentyabr 2021 tarixli redaktə

Əsabəli Quliyev – pedaqoq-alim, pedaqoji elmlər namizədi, Azərbaycan SSR əməkdar texniki peşə təhsili işçisi. Azərbaycan SSR/Azərbaycan Respublikası Peşə Təhsili Komitəsi Elmi-Tədqiqat və Metodiki İdarəsinin rəisi, Respublika tədris metodikası kabinetinin direktoru, Azərbaycan Müəllimlər İnstitutunun prorektoru və s. vəzifələrdə çalışıb.

Əsabəli Quliyev
Quliyev Əsabəli Musa oğlu
Əsabəli Quliyev
Əsabəli Quliyev, 2021-ci il.
Doğum tarixi 16 yanvar 1939 (1939-01-16) (85 yaş)
Doğum yeri Oxud, Nuxa (indiki Şəki) rayonu, Azərbaycan SSR, SSRİ
Elm sahəsi pedaqogika
Elmi dərəcəsi pedaqoji elmlər namizədi
Təhsili Çingiz İldırım adına Politexnik İnstitutu, mexanika fakültəsi (1962 – 1966)
Elmi rəhbəri akademik S.Y.Batişev
Mükafatları “Azərbaycan SSR əməkdar texniki peşə təhsili işçisi” fəxri adı

Haqqında məlumatlar

16 yanvar 1939-cu il tarixdə Nuxa (indiki Şəki) rayonunun Oxud kəndində anadan olub.

Təhsili

1947 – 1957-ci illərdə Oxud kənd orta məktəbində,

1962 – 1966-cı illərdə isə Çingiz İldırım adına Politexnik İnstitutunun mexanika fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

1957 – 1958-ci illərdə Nəriman Nərimanov adına kolxozda işləyib.

1966 – 1967-ci illərdə Bakı 11 №-li peşə məktəbində istehsalat ustası,

1967 – 1971-ci illərdə isə ixtisas-fənn müəllimi,

1971 – 2001-ci illərdə Azərbaycan SSR/Azərbaycan Respublikası Peşə Təhsili Komitəsi Elmi-Tədqiqat və Metodiki İdarəsinin rəisi, Respublika tədris metodikası kabinetinin direktoru,

2001 – 2004-cü illərdə Azərbaycan Müəllimlər İnstitutunun təhsilin idarəedilməsi kafedrasında müəllim,

2005 – 2008-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun ixtisasartırma və yenidən hazırlanma fakültəsinin dekanı,

2009 – 2014-cü illərdə Azərbaycan Müəllimlər İnstitutunun prorektoru,

2014 – 2016-cı illərdə Azərbaycan Müəllimlər İnstitutunun filologiya fakültəsinin dekanı vəzifəsində çalışıb.

2016-cı ildən təqaüddədir.

İkinci iş yerləri

1977 – 1979-cu illərdə Kuba Respublikasının Təhsil Nazirliyində məsləhətçi işləyib.

Elmi fəaliyyəti

1988-ci ildə SSRİ Pedaqoji Elmlər Akademiyasının şöbə müdiri akademik Sergey Yakreviç Batişevin rəhbərliyi ilə “Kubada texniki peşə təhsilinin inkişafı” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

40-dan artıq elmi-pedaqoji məqalənin və bir neçə monoqrafiyanın müəllifidir.

Digər

1958 – 1961-ci illərdə hərbi xidmətdə olub.

1997 – 1998-ci illərdə YUNESKO-nun peşə təhsili üzrə eksperti olub.

2003-cü ildən Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin “Peşə təhsili müəssisələrinin istehsalat təlim ustaları və ixtisas-fənn müəllimlərinin ixtisaslarının artırılması” layihəsinin assistenti olub.

2016-cı ildən ictimai əsaslarla Bakı şəhəri Nəsimi rayonu Ağsaqqallar Şurasını sədrinin müavinidir.

Təltifləri

  • “Azərbaycan SSR əməkdar texniki peşə təhsili işçisi” fəxri adı (4 fevral 1991-ci il);
  • “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı (2013).

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Quliyev Əsabəli // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 243-244. — 600 nüsx. — ISBN 5-8066-1708-4.