Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Əsabəli Quliyev

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Əsabəli Quliyev
Quliyev Əsabəli Musa oğlu
Əsabəli Quliyev
Əsabəli Quliyev, 2021-ci il.
Doğum tarixi 16 yanvar 1939 (1939-01-16) (85 yaş)
Doğum yeri Oxud, Nuxa (indiki Şəki) rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 28 dekabr 2022 (83 yaşında)
Elm sahəsi pedaqogika
Elmi dərəcəsi pedaqoji elmlər namizədi
Təhsili Çingiz İldırım adına Politexnik İnstitutu, mexanika fakültəsi (1962 – 1966)
Elmi rəhbəri akademik S.Y.Batişev
Mükafatları “Azərbaycan SSR əməkdar texniki peşə təhsili işçisi” fəxri adı
video-çarx (facebookda)

Əsabəli Quliyev (1939–2022) — pedaqoq-alim, pedaqoji elmlər namizədi, Azərbaycan SSR əməkdar texniki peşə təhsili işçisi. Müxtəlif illərdə Azərbaycan SSR/Azərbaycan Respublikası Peşə Təhsili Komitəsi Elmi-Tədqiqat və Metodiki İdarəsinin rəisi, Respublika tədris metodikası kabinetinin direktoru, Azərbaycan Müəllimlər İnstitutunun prorektoru və s. vəzifələrdə çalışıb.

Haqqında məlumatlar

16 yanvar 1939-cu il tarixdə Nuxa (indiki Şəki) rayonunun Oxud kəndində anadan olub.

Təhsili

1947 – 1957-ci illərdə Oxud kənd orta məktəbində,

1962 – 1966-cı illərdə isə Çingiz İldırım adına Politexnik İnstitutunun mexanika fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

1957 – 1958-ci illərdə Nəriman Nərimanov adına kolxozda işləyib.

1966 – 1967-ci illərdə Bakı 11 №-li peşə məktəbində istehsalat ustası,

1967 – 1971-ci illərdə isə ixtisas-fənn müəllimi,

1971 – 2001-ci illərdə Azərbaycan SSR/Azərbaycan Respublikası Peşə Təhsili Komitəsi Elmi-Tədqiqat və Metodiki İdarəsinin rəisi, Respublika tədris metodikası kabinetinin direktoru,

2001 – 2004-cü illərdə Azərbaycan Müəllimlər İnstitutunun təhsilin idarəedilməsi kafedrasında müəllim,

2005 – 2008-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun ixtisasartırma və yenidən hazırlanma fakültəsinin dekanı,

2009 – 2014-cü illərdə Azərbaycan Müəllimlər İnstitutunun prorektoru,

2014 – 2016-cı illərdə Azərbaycan Müəllimlər İnstitutunun filologiya fakültəsinin dekanı vəzifəsində çalışıb.

2016-cı ildən təqaüddədir.

İkinci iş yerləri

1977 – 1979-cu illərdə Kuba Respublikasının Təhsil Nazirliyində məsləhətçi işləyib.

Elmi fəaliyyəti

1988-ci ildə SSRİ Pedaqoji Elmlər Akademiyasının şöbə müdiri akademik Sergey Yakreviç Batişevin rəhbərliyi ilə “Kubada texniki peşə təhsilinin inkişafı” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

40-dan artıq elmi-pedaqoji məqalənin və bir neçə monoqrafiyanın müəllifidir.

Digər

1958 – 1961-ci illərdə hərbi xidmətdə olub.

1997 – 1998-ci illərdə YUNESKO-nun peşə təhsili üzrə eksperti olub.

2003-cü ildən Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin “Peşə təhsili müəssisələrinin istehsalat təlim ustaları və ixtisas-fənn müəllimlərinin ixtisaslarının artırılması” layihəsinin assistenti olub.

2016-cı ildən ictimai əsaslarla Bakı şəhəri Nəsimi rayonu Ağsaqqallar Şurasını sədrinin müavinidir.

Təltifləri

Vəfatı

28 dekabr 2022-ci il tarixdə – 83 yaşında, Bakıda vəfat edib.

29 dekabr 2022-ci il tarixdə Şəki rayonunun Oxud kəndinin kənd qəbiristanlığında dəfn olunub.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Quliyev Əsabəli // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 243-244. — 600 nüsx. — ISBN 5-8066-1708-4.