Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Əsabəli Salamov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Əsabəli Salamov
Salamov Əsabəli Qurbanəli oğlu
Əsabəli Salamov
Əsabəli Salamov.
Şəxsi məlumatlar
Doğum tarixi 22 dekabr 1948(1948-12-22)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 14 mart 2021 (72 yaşında)
Vəfat yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Dəfn yeri Məhəmməd əfəndi qəbiristanlığı, Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Həyat yoldaşı Xuraman Salamova
Uşaqları Mədinə, Aygün, Sayalı

Musiqi aləti tar
Təhsili

 • Nuxa Musiqi Texnikumu (1965–1969)

 • Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası (1969–1974)

Əsabəli Salamov (1948–2021) — tanınmış musiqiçi–pedaqoq; uzun müddət Şəki Musiqi Texnikumunda dərs deyib.

Haqqında məlumatlar

22 dekabr 1948-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1956 – 1965-ci illərdə Nuxa şəhər 7 №-li orta məktəbində,

1965 – 1969-cu illərdə Nuxa Musiqi Texnikumunda,

1969 – 1974-cü illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb.

Əmək fəaliyyəti

1974-cü ildə Şəki şəhər 1 №-li musiqi məktəbinin direktoru vəzifəsində təyin olunub. Daha sonra əmək fəaliyyətini Şəki Musiqi Texnikumunda davam etdirib. 2003-cü ildə əmək təqaüdünə çıxıb.

Vəfatı

14 mart 2021-ci il tarixdə – 72 yaşında, Şəkidə vəfat edib. Məhəmməd əfəndi qəbiristanlığında dəfn olunub.