Əsgər Əyyubov
Əsgər Əyyubov (1926–2000) — coğrafiya elmləri doktoru, professor, Azərbaycan SSR Dövlət mükafatı laureatları, AMEA Coğrafiya İnstitutunun iqlimşünaslıq şöbəsinin müdiri.
Əsgər Əyyubov | |
---|---|
Əyyubov Əsgər Cabbar oğlu | |
Əsgər Əyyubov. | |
Doğum tarixi | 3 avqust 1926 |
Doğum yeri | Nuxa (indiki Şəki), Şəki qəzası, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 27 mart 2000 (73 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Təhsili |
• Nuxa Pedaqoji Texnikumu (–1944) • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti (1946–1951) • SSRİ Elmlər Akademiyası Coğrafiya İnstitutu, aspirantura (1951–1954) |
Mükafatları |
Haqqında məlumatlar
3 avqust 1926-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
5 №-li Nuxa şəhər orta məktəbində oxuyub.
1944-cü ildə Nuxa Pedaqoji Texnikumunu bitirib.
1946 – 1951-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində (fiziki-coğrafiya ixtisası üzrə),
1951 – 1954-cü illərdə SSRİ Elmlər Akademiyasının Coğrafiya İnstitutunun aspiranturasında təhsil alıb.
Elmi fəaliyyəti
1954-ci ildə «Azərbaycanın kurort və istirahət yerlərinin müqayisəli iqlim səciyyəsi» mövzusunda namizədlik namizədlik dissertasiyasını,
1971-ci ildə isə «Azərbaycan SSR-in iqlim ehtiyatları və onların kənd təsərrüfatında istifadəsi» mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
1978-ci ildə professor elmi adını alıb.
Bir elmlər doktorunun, iki elmlər namizədinin elmi rəhbəri olub.
200-dən artıq elmi əsəri və 7 monoqrafiyası çap edilib.
Əmək fəaliyyəti
1955 – 2000-ci illərdə Azərbaycan SSR EA/AMEA Coğrafiya İnstitutunda işləyib; o cümlədən,
1955 – 1973-cü illərdə əvvəl kiçik elmi işçi, sonra isə baş elmi işçi,
1973 – 2000-ci illərdə isə müxtəlif vaxtlarda təbiəti mühafizə, meteorologiya və kənd təsərrüfatı iqlimşünaslığı, iqlimşünaslıq şöbələrinin müdiri olub.
Təltif və mükafatları
- Azərbaycan SSR Dövlət mükafatı – “Azərbaycanın iqlimi” monoqrafiyasına görə (1972);
- SSRİ Coğrafiya Cəmiyyətinin F.P.Litke adına qızıl medalı – “Azərbaycan iqliminin bonitirovkası” monoqrafiyasına görə (1976);
- SSRİ XTNS-nin “Bürünc” medalı – “Azərbaycan SSR-in aqroiqlim rayonlaşdırılması” xəritəsinə görə (1976);
- Azərbaycan “Təhsil” Cəmiyyətinin birinci mükafatı – Azərbaycan Respublikasının aqroiqlim atlasına görə (1994).
Vəfatı
27 mart 2000-ci il tarixdə – 73 yaşında, Bakıda vəfat edib.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Əyyubov Əsgər // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 117-120. — 1.000 nüsx.
- Şükürov R., Orsər R. Əyyubov əsgər Cabir oğlu // İşıq məbədi. — Bakı: İdeal-Print, 2010. — Səhifələrin sayı: 310. — Səh.: 176. — (Ş 4702060200). — 1.000 nüsx. — ISBN 978995244710.
- Haqverdiyev H.T., Həsənov M .S., Məmmədova E.T. Əyyubov Əsgər Cabbar oğlu (1926 – 2000) // Azərbaycanın coğrafiyaçı alimləri. — Azərbaycan МЕA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu. — Bakı: Elm, 2013. — Səhifələrin sayı: 204. — Səh.: 48 – 49. — 300 nüsx. — ISBN 978-9952-453-15-7. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 28 Mar 2018 - 30 Jan 2020.
- Mete Ə. Təbiət “həkimi” – Əyyubov qardaşları // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 272-274. — 500 nüsx.
- Əsgər Əyyubov // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya : [25 cilddə] (tiraj: 10 000; 600 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2018. —VIII c. — Səh. 522ƏYYUBOV Əsgәr Cabbar oğlu. — ISBN 978-9952-441-13-0.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |