Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Əsgər Əyyubov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Əsgər Əyyubov
Əyyubov Əsgər Cabbar oğlu
Əsgər Əyyubov
Əsgər Əyyubov.
Doğum tarixi 3 avqust 1926(1926-08-03)
Doğum yeri Nuxa (indiki Şəki), Şəki qəzası, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 27 mart 2000 (73 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili

 • Nuxa Pedaqoji Texnikumu (–1944)  • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti (1946–1951)

 • SSRİ Elmlər Akademiyası Coğrafiya İnstitutu, aspirantura (1951–1954)
Mükafatları Azərbaycan SSR Dövlət mükafatıXTNS bürünc medalı — 1976SSRİ Coğrafiya Cəmiyyətinin F.P.Litke adına qızıl medalı

Əsgər Əyyubov (1926–2000) — coğrafiya elmləri doktoru, professor, Azərbaycan SSR Dövlət mükafatı laureatları, AMEA Coğrafiya İnstitutunun iqlimşünaslıq şöbəsinin müdiri.

Haqqında məlumatlar

3 avqust 1926-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

5 №-li Nuxa şəhər orta məktəbində oxuyub.

1944-cü ildə Nuxa Pedaqoji Texnikumunu bitirib.

1946 – 1951-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində (fiziki-coğrafiya ixtisası üzrə),

1951 – 1954-cü illərdə SSRİ Elmlər Akademiyasının Coğrafiya İnstitutunun aspiranturasında təhsil alıb.

Elmi fəaliyyəti

1954-ci ildə «Azərbaycanın kurort və istirahət yerlərinin müqayisəli iqlim səciyyəsi» mövzusunda namizədlik namizədlik dissertasiyasını,

1971-ci ildə isə «Azərbaycan SSR-in iqlim ehtiyatları və onların kənd təsərrüfatında istifadəsi» mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

1978-ci ildə professor elmi adını alıb.

Bir elmlər doktorunun, iki elmlər namizədinin elmi rəhbəri olub.

200-dən artıq elmi əsəri və 7 monoqrafiyası çap edilib.

Əmək fəaliyyəti

1955 – 2000-ci illərdə Azərbaycan SSR EA/AMEA Coğrafiya İnstitutunda işləyib; o cümlədən,

1955 – 1973-cü illərdə əvvəl kiçik elmi işçi, sonra isə baş elmi işçi,

1973 – 2000-ci illərdə isə müxtəlif vaxtlarda təbiəti mühafizə, meteorologiya və kənd təsərrüfatı iqlimşünaslığı, iqlimşünaslıq şöbələrinin müdiri olub.

Təltif və mükafatları

  • Azərbaycan SSR Dövlət mükafatı – “Azərbaycanın iqlimi” monoqrafiyasına görə (1972);
  • SSRİ Coğrafiya Cəmiyyətinin F.P.Litke adına qızıl medalı – “Azərbaycan iqliminin bonitirovkası” monoqrafiyasına görə (1976);
  • SSRİ XTNS-nin “Bürünc” medalı – “Azərbaycan SSR-in aqroiqlim rayonlaşdırılması” xəritəsinə görə (1976);
  • Azərbaycan “Təhsil” Cəmiyyətinin birinci mükafatı – Azərbaycan Respublikasının aqroiqlim atlasına görə (1994).

Vəfatı

27 mart 2000-ci il tarixdə – 73 yaşında, Bakıda vəfat edib.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Əyyubov Əsgər // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 117-120. — 1.000 nüsx.
  2. Şükürov R., Orsər R. Əyyubov əsgər Cabir oğlu // İşıq məbədi. — Bakı: İdeal-Print, 2010. — Səhifələrin sayı:  310. — Səh.: 176. — (Ş 4702060200). — 1.000 nüsx. — ISBN 978995244710.
  3. Haqverdiyev H.T., Həsənov M .S., Məmmədova E.T. Əyyubov Əsgər Cabbar oğlu (1926 – 2000) // Azərbaycanın coğrafiyaçı alimləri. — Azərbaycan МЕA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu. — Bakı: Elm, 2013. — Səhifələrin sayı:  204. — Səh.: 48 – 49. — 300 nüsx. — ISBN 978-9952-453-15-7. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 28 Mar 2018 - 30 Jan 2020.
  4. Mete Ə. Təbiət “həkimi” – Əyyubov qardaşları // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 272-274. — 500 nüsx.
  5. Əsgər Əyyubov // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 10 000; 600 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2018. —VIII  c. — Səh. 522ƏYYUBOV Əsgәr Cabbar oğlu. — ISBN 978-9952-441-13-0.