Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Əsgər Kərimov

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (Səhifəni 'Kateqoriya:Ə{{Rəssam |Şəkil = Əsgər Kərimov.jpg |Şəkil məlumat = |Şəkil miqyası = |Adı = Əsgər Kərimov |Orijinal adı = |Fəxri ad = |Digər...' ilə yarat) tərəfindən edilmiş 02:19, 18 mart 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Əsgər Kərimov
Əsgər Kərimov
Doğum tarixi 1941
Doğum yeri Nuxa
Təhsili
  • Əzim Əzimzadə adına Rəssamlıq Məktəbi (Bakı) (1960 – 1965);
  • Tbilisi Rəssamlıq Akademiyası (1969 – 1975)

Əsgər Kərimov − azərbaycanlı heykəltəraş.

1941-ci ildə Nuxada anadan olub. 1960-cı ildə Nuxa 12 №-li orta məktəbi bitirdikdən sonra, 1960 – 1965-ci illərdə Bakıda – Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, 1969 – 1975-cu illərdə isə Tbilisi Rəssamlıq Akademiyasına təhsil alıb.

1965-ci ildən Azərbaycan Bədii Fondunun, 1979-cu ildən SSRİ Rəssamlar ittifaqının, 1980-cı ildən isə SSRİ Bədii Fondunun üzvü olub.

1975-ci ildən Azərbaycanın ali təhsil müəssisələrində rəsm, kompozisiya, heykəltəraşlıq fənlərindən dərs deyib.

Yaratdığı bədii sənət nümunələri Azərbaycanın Bakı, Qəbələ, Şuşa, Şəki, Ağdam və Bərdə şəhərlərində, Ukraynanın Yalta şəhərində və digər yerlərdə qoyulub.

2007-ci ildə bağlanmış Müstəqil Azərbaycan Universitetinin professoru və Dizayn kafedrasının müdiri idi. 2019-cu il üçün pedaqoji fəaliyyətini və yaradıcılığını Türkiyədə davam etdirir.

İstifadə edilmiş əsas mənbələr

  • .