Əsgər Kərimov
Əsgər Kərimov | |
---|---|
Kərimov Əsgər Şakir oğlu | |
Əsgər Kərimov. | |
Doğum tarixi | 10 fevral 1941 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Təhsili |
• Əzim Əzimzadə adına Rəssamlıq Məktəbi (Bakı) (1960–1965) • Tbilisi Rəssamlıq Akademiyası (1969–1975) |
Əsgər Kərimov — tanınmış heykəltəraş; yaratdığı bədii sənət nümunələri Azərbaycanın Bakı, Qəbələ, Şuşa, Şəki, Ağdam və Bərdə şəhərlərində, Ukraynanın Yalta, Türkiyənin İsparta şəhərində və digər yerlərdə qoyulmuşdur.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
10 fevral 1941-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1960-cı ildə Nuxa şəhər 12 №-li orta məktəbini bitirib.
1960 – 1965-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində,
1969 – 1975-ci illərdə isə Tbilisi Rəssamlıq Akademiyasında təhsil alıb.
Əmək və yaradıcılıq fəaliyyəti[redaktə | HTML redaktə]
1975 – 1982-ci illərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda,
1982 – 2000-ci illərdə isə Azərbaycanın digər ali məktəblərində rəsm, kompozisiya, heykəltəraşlıq fənlərindən dərs demiş, daha sonra Müstəqil Azərbaycan Universitetinin professoru və dizayn kafedrasının müdiri olmuşdur.
2000 – 2015-ci illərdə əmək və yaradıcılıq fəaliyyətini Türkiyənin İsparta şəhərində davam etdirmiş, sonra isə Bakıya qayıtmışdır.
Məşhur işləri[redaktə | HTML redaktə]
1969 – 1975-ci illərdə – Tbilisi Rəssamlıq Akademiyasına təhsil alarkən, respublika, ümumittifaq və xarici sərgilərdə öz əsərlərini nümayiş etdirib. “Odlar yurdu” əsəri Drezden muzeyinin daimi eksponatına çevrilib. Akademiyanı bitirərkən diplom işi Nizami Gəncəvinin “İsgəndərnamə” əsəri əsasında yaratdığı üç hissədən ibarət “Odlar diyarı” adlı barelyefi olub. Hansı ki bu iş sonradan Sov.İKP MK-nın Gürcüstanın Risunda şəhərindəki istirahət evində – Sov.İKP MK-nın baş katibinin qəbul otağının divarına vurulub.
1979-cu ildə Azərbaycan SSR xalq rəssamı Cəlal Qaryağdı ilə birlikdə Bərdədə Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə həsr olunmuş kompleksi (memar: Ömər Ömərov) işləyib.
1980-cı ildə 30 sm diametri olan “Uşaqları qoruyun” medalyonu BMT-yə göndərilib.
1982-ci ildə Şəkidə açılışı olmuş M.F.Axundovun tunc abidə kompleksinin (memarlar: E.Qasımzadə, İ.Ələsgərov),
1983-cü ildə açılışı olmuş İsmayıl bəy Qutqaşınlının qəbirüstü abidəsinin (memar: İ.Yüzbaşov),
1985-ci ildə Bakıda İkinci Dünya müharibəsində həlak olanların xatirəsinə ucaldılmış tuncdan hazırlanmış simvolik əsərin (memar: A.Əhmədzadə) və “Şən uşaqlıq” adlı əsərin,
1990-cı ildə Şəki rayonunun İkinci Biləcik kəndində açılışı olmuş Molla Cümənin qranitdən hazırlanmış qəbirüstü abidəsinin müəllifidir.
Əsgər Kərimovun emalatxanası, Şəki xanı “Hacı Çələbi xan” heykəlinin maketi.
Molla Cümənin qəbirüstü abidəsi.
Digər[redaktə | HTML redaktə]
1965-ci ildən Azərbaycan Bədii Fondunun, 1979-cu ildən SSRİ Rəssamlar İttifaqının, 1980-cı ildən isə SSRİ Bədii Fondunun üzvü olub.
Ailəsi[redaktə | HTML redaktə]
2 oğlu və bir qızı var.
Oğlanları Elnur və Şakir atalarının peşəsini davam etdirirlər.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Məmmədov Ə., Xalıqov F. Kərimov Əsgər // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 308. — 1.000 nüsx.
- Mete Ə. Neynəmişəm ki... // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 300-302. — 500 nüsx.
Video-çarx[redaktə | HTML redaktə]
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- Ə
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış rəssam və heykəltəraşlar
- Şəkidən çıxmış pedaqoqlar
- 10 fevralda doğulanlar
- Fevralda doğulanlar
- 1941-ci ildə doğulanlar
- Rəssam və heykəltəraşlar
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- “O torpağın övladları” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə