Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

"Əsgər Xəlilov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 1: Sətir 1:
[[Kateqoriya:Ə]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəkidən çıxmış görkəmli şəxslər]][[Kateqoriya:Şəkidən çıxmış hərbçilər]]
+
[[Kateqoriya:Ə]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəkidən çıxmış görkəmli şəxslər]][[Kateqoriya:Şəkidən çıxmış hərbçilər]]{{Hərbi xadim
{{Hərbi xadim
 
 
|Adı                  = Əsgər Xəlilov  
 
|Adı                  = Əsgər Xəlilov  
 
|Orijinal adı        = Xəlilov Əsgər Sabir oğlu  
 
|Orijinal adı        = Xəlilov Əsgər Sabir oğlu  

02:23, 27 iyun 2020 versiyası

Əsgər Xəlilov
Xəlilov Əsgər Sabir oğlu
Əsgər Xəlilov
Əsgər Xəlilov
Doğum tarixi 4 may 1955 (1955-05-04) (68 yaş)
Doğum yeri Nuxa, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili Moskva Ali Sərhədçilər Məktəbi (1972 – 1976); SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Ali məktəbi (1978 – 1980)
Hərbi fəaliyyəti
Rütbə general-leytenant
Vəzifəsi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini, Sərhəd Qoşunları komandanı (2017 – 2020 )
İstefada 27 fevral 2020
Təltifləri "Azərbaycan Bayrağı" ordeni Şablon:"Vətənə xidmətə görə" ordeni Şablon:"Vətənə xidmətə görə" ordeni Şablon:"Rəşadət" ordeni Şablon:"Hərbi xidmətlərə görə" Şablon:"Vətən uğrunda" 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı

Əsgər Xəlilov (Xəlilov Əsgər Sabir oğlu; d.  4 may 1955, Nuxa, Azərbaycan SSR, SSRI) – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin sabiq müavini və sabiq Sərhəd Qoşunları komandanı (2017 – 2020), istefada olan general-leytenant.

Haqqında məlumatlar

1955-ci ildə Nuxa şəhərində anadan olub.

1972-ci ildə Şəki şəhər 8 saylı orta məktəbi bitirib və Moskva şəhərindəki Ali Sərhədçilər Məktəbinə daxil olub.

1976-cı ildə Ali Sərhədçilər Məktəbində təhsilini tamamlayaraq Sərhəd Zastavasında xidmətə başlayıb.

1978 – 1980-ci illərdə Moskva şəhərində SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Ali məktəbində təhsilini artırmış, sonra isə Sərhəd Qoşunları kəşfiyyat orqanlarında xidmətini davam etdirmişdir.

1986-cı ildə Bakı Əlahiddə Buraxılış Məntəqəsi rəisinin müavini vəzifəsinə təyin olunub və 1988 – 1992-ci illərdə həmin məntəqənin rəisi vəzifəsində çalışıb.

1992-ci ildə Azərbaycan Respublikasının Sərhəd Qoşunları yarandıqdan sonra Bakı Əlahiddə Buraxılış Məntəqəsinin rəisi kimi hərbçi fəaliyyətini davam etdirib; 2009-cu ilədək Sərhəd Qoşunlarında müxtəlif yüksək vəzifələr tutub.

2009-cu ildə Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının Baş Qərargah rəisinin birinci müavini vəzifəsinə təyin olunub və general-mayor hərbi rütbəsi alıb.

2017 – 2020-ci illərdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmət rəisinin müavini və eyni zamanda Sərhəd Qoşunlarının komandanı olub. 2018-ci il avqustun 16-dan general-leytenant hərbi rütbəsi daşıyır.

27 fevral 2010-ci il tarixdə “Rəşadət” ordeni ilə təltif edilməklə yanaşı, hərbi geyim formasını daşımaq hüququ verilməklə, Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən istefaya buraxılıb.

Mükafatları

  1. “Hərbi xidmətlərə” görə medalı (2002);
  2. “Vətən uğrunda” medalı;
  3. “Azərbaycan Bayrağı” ordeni;
  4. II və III dərəcəli “Vətənə xidmətə görə” ordenləri;
  5. III dərəcəli “Hərbi xidmətlərdə fərqləndiyinə görə” medal;
  6. III dərəcəli “Rəşadət" ordeni (2020)

...ümumilikdə Azərbaycan Respublikası və MDB ölkələrinin 36 orden və medalı ilə təltif edilib.

İstifadə edilmiş mənbələr

Şablon:Yaxşı məqalə