Əsgər Xəlilov
Əsgər Xəlilov | |
---|---|
Xəlilov Əsgər Sabir oğlu | |
![]() | |
Əsgər Xəlilov. |
Əsgər Xəlilov — general-leytenant, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müşaviri. Daha əvvəl Azərbaycan DSX rəisinin müşaviri vəzifəsində çalışmışdır.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
4 may 1955-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1972-ci ildə Şəki şəhər 8 saylı orta məktəbini bitirib.
1972 – 1976-cı illərdə Moskva Ali Sərhədçilər Məktəbində,
1978 – 1980-ci illərdə isə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Ali Məktəbində (Moskva) təhsil alıb.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1976-cı ildə SSRİ sərhəd zastavasında xidmətə başlayıb, sonra isə Sərhəd Qoşunları kəşfiyyat orqanlarında xidmətini davam etdirib.
1986-cı ildə Bakı Əlahiddə Buraxılış Məntəqəsi rəisinin müavini vəzifəsinə təyin olunub.
1988 – 1992-ci illərdə Bakı Əlahiddə Buraxılış Məntəqəsinin rəisi vəzifəsində çalışıb.
1992 – 2009-cu illərdə Azərbaycan Respublikası Sərhəd Qoşunlarında müxtəlif vəzifələr tutub.
2009-cu ildə Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının Baş Qərargah rəisinin birinci müavini vəzifəsinə təyin olunub.
2017 – 2020-ci illərdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmət rəisinin müavini olub.
27 fevral 2020-ci il hərbi geyim formasını daşımaq hüququ verilməklə, Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən istefaya buraxılıb.
2000-ci ilin may ayında isə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müşaviri vəzifəsinə təyin edilib.
Hərbi rütbəsi[Vizual/Mobil redaktə | HTML redaktə]
- General-mayor (2009);
- General-leytenant (2018).
Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]
Ümumilikdə Azərbaycan Respublikasının və MDB ölkələrinin 36 orden və medalı; o cümlədən,
- “Hərbi xidmətlərə” görə medalı (2002),
- “Azərbaycan Bayrağı” ordeni (2008),
- “Vətən uğrunda” medalı (2013),
- III dərəcəli “Vətənə xidmətə görə” ordeni (2015),
- II dərəcəli “Vətənə xidmətə görə” ordeni (2019),
- III dərəcəli “Rəşadət” ordeni (2020).
Həmçinin, bax:[Vizual/Mobil redaktə | HTML redaktə]
Bildiriş[HTML redaktə]
...