Əsmər İlyasova (1935–2015) — tanınmış pedaqoq və fizika-riyaziyyat müəllimi. Uzun müddət Şəki şəhər R.B.Əfəndiyev/M.Qorki adına 10 №-li orta məktəbində fizika fənnindən dərs deyib.

Əsmər İlyasova
İlyasova Əsmər Rəsul qızı
Əsmər İlyasova
Əsmər İlyasova.
Doğum tarixi 14 iyul 1935(1935-07-14)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 8 avqust 2015 (80 yaşında)
Vəfat yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Həyat yoldaşı Həmidov Sabir Mustafa oğlu
Uşaqları bir oğul və iki qız
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, fizika-riyaziyyat fakültəsi
Mükafatları "Əmək veteranı" medalı — 1997

Haqqında məlumatlar

14 iyul 1935-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib.

Əmək fəaliyyəti

Balakən rayon Kortala kənd məktəbində fizika və riyaziyyat müəllimi (15.08.1959 – 16.09.1960),

Nuxa şəhər internat məktəbində müəllim-tərbiyəçi (10.11.1960 – 27.03.1961),

Azərbaycan SSR Tikinti Sənayesi AzEletromontaj Nuxa şöbəsində ekonomist, kadrlar üzrə inspektor, baş mühəndis (11.04.1961 – 10.09.1962),

Nuxa/Şəki şəhər 2 №-orta məktəbində fizika müəllimi (01.12.1962 – 30.08.1968),

Şəki şəhər M.Qorki adına/R.B.Əfəndiyev adına 10 №-li orta məktəbində fizika fənn müəllimi (30.08.1968 – 01.09.2003),

Şəki Musiqi Texnikumunda fizika fənn müəllimi (02.09.2002 – 15.09.2005).

Təltif və mükafatları

Vəfatı

8 avqust 2015-ci il tarixdə – 80 yaşında, Şəkidə vəfat edib.