Ətraf Qənimətov (1997–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin leytenantı.

Ətraf Qənimətov
Qənimətov Ətraf Oktay oğlu
Ətraf Qənimətov
Ətraf Qənimətov.
Doğum tarixi 20 mart 1997(1997-03-20)
Doğum yeri Dəmiryol köçkünlər qəsəbəsi, Şəki rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Vəfat tarixi 13 oktyabr 2020 (23 yaşında)
Vəfat yeri Füzuli rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Vəfat səbəbi döyüşdə şəhid olub
Vətəndaşlıq Flag of Azerbaijan.svg Azərbaycan
Mənsubiyyəti Coat of arms of the Azerbaijani Armed Forces.png Azərbaycan Ordusu
Atası Oktay
Anası Zəminə
Təhsili Sumqayıt Dövlət Universiteti, tarix və coğrafiya fakültəsi (2014–2018)
Hərbi fəaliyyəti
Xidmət illəri 2018 – 2020
Rütbə Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının leytenantı.png leytenant
Təltifləri III dərəcəli "Rəşadət" ordeni — 2021"Vətən uğrunda" medalı — 2020"Döyüşdə fərqlənməyə görə" medalı — 2020"Füzulinin azad olunmasına görə" medalı — 2020

Haqqında məlumatlarRedaktə

20 mart 1997-ci il tarixdə Şəki rayonundakı Dəmir yol köçkünlər qəsəbəsində anadan olub.

TəhsiliRedaktə

2003 – 2014-cü illərdə Şəki şəhər Çələbixan qəsəbə köçkünlər tam orta məktəbində,

2014 – 2018-cü illərdə Sumqayıt Dövlət Universitetinin tarix və coğrafiya fakültəsində təhsil alıb.

1 mart – 4 iyun 2019-cu il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində zabit kursu keçib.

Hərbi xidmətdəRedaktə

2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Naxçıvan MR-da “N” saylı hərbi hissədə xidmət edib.

3 yanvar 2019-cu il tarixə həqiqi hərbi xidmət müddəti başa çatıb.

1 mart – 4 iyun 2019-cu il tarixləri arasında Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində zabit kursu keçib. Bundan sonra leytenant rütbəsi ilə Qazax rayonundakı “N” saylı hərbi hissədə xidmət edib.

27 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsinin başlamasından sonra Füzuli rayonunda gedən döyüşlərdə iştirak edib.

Şəhid olmasıRedaktə

13 oktyabr 2020-ci il tarixdə – 23 yaşında, Füzuli rayonunda qəhrəmancasına həlak olub.

30 oktyabr 2020-ci il tarixdə Şəkidə Dovşan düzü qəbiristanlığının şəhidlər üçün ayrılmış hissəsində dəfn edilib.

Təltif və mükafatlarıRedaktə

AiləsiRedaktə

Ailədə bir bacı və iki qardaş olublar. Subay idi.

İstinadlarRedaktə

ƏdəbiyyatRedaktə

  1. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında : [arx. 15 Dec 2020 - 6 Oct 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 15 dekabr. — Müraciət tarixi: 21.12.2021.
  2. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. https://mod.gov.az/. Azərbaycan Müdafiə Nazirliyi (25 DEKABR 2020). Arxivləşdirilib (15 yanvar 2021).
  3. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında : [arx. 18.12.2020] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 18 dekabr. — Müraciət tarixi: 21.12.2021.
  4. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : 3-cü dərəcəli “Rəşadət” ordeni ilə : [arx. 05.11.2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2021. — 5 noyabr. — Müraciət tarixi: 21.12.2021.
  5. 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : ƏTRAF Oktay oğlu Qənimətov : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.

VideoRedaktə