Əzizə Mustafazadə

WikiSysop (Müzakirə | töhfələr) (→‎Haqqında məlumatlar) tərəfindən edilmiş 16:53, 18 dekabr 2020 tarixli dəyişiklik

Əzizə Mustafazadə (d. 19 dekabr 1969-cu ildə; Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı pianoçu, bəstəkar və caz ifaçısı, Azərbaycan Respublikasının xalq artisti (2018). 1989-cu ildən Almaniyada yaşayır və dünyada Aziza Mustafa Zadeh adı ilə tanınmışdır. Caz-muğam üslubunun banisi Vaqif Mustafazadənin qızıdır.

Əzizə Mustafazadə
Mustafazadə Əzizə Vaqif qızı
Əzizə Mustafazadə
Bakı Beynəlxalq Caz Festivalı – 2007.
Şəxsi məlumatlar
Doğum tarixi 19 dekabr 1969 (1969-12-19) (54 yaş)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Peşələri müğənni, pianoçu, bəstəkar
Atası Vaqif Mustafazadə
Anası Elza Mustafazadə (Bandzeladze)

Üslub caz
Musiqi aləti fortepiano
Fəaliyyət illəri 1991-ci ildən
Albom şirkəti Columbia Records
Sony Corporation
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2018
https://www.azizamustafazadeh.de/
Commons-logo.svg Commonsda da Əzizə Mustafazadə ilə əlaqəli mediafayllar var

Haqqında məlumatlar

19 dekabr 1969-cu ildə Bakıda, musiqiçi ailəsində anadan olub.

10 yaşı olarkən – 1979-cu ildə, atası vəfat edib.

17 yaşında anası ilə Almaniyaya köçüb və həmin vaxtdan anası ilə orada yaşamaqdadır.

Yaradıcılığı

1989-cu ildə 17 yaşında Vaşinqtonda (ABŞ) Teloyenus Monk adına piano müsabiqəsində birinci yer tutub.

1991-ci ildə “Aziza Mustafa Zadeh” adı ilə ilk musiqi albomu buraxılıb.

İkinci musiqi albomu olan “Always”a görə Almaniya Səs-Akademiyası Mükafatına və Soninin Exo Mükafatına layiq görülüb.

2018-ci ildə “Azərbaycan Respublikasının xalq artisti” fəxri adını alıb.

Diskləri

Şablon:Yaxşı məqalə