Əziz Əfəndizadə

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Əziz Əfəndizadə
Əfəndizadə Əziz Rəcəb oğlu
Əziz Əfəndizadə
Əziz Əfəndizadə.
Doğum tarixi 13 yanvar 1924(1924-01-13)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 25 yanvar 1996 (72 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlıq SSRİ Azərbaycan
Elm sahəsi filoloq, pedaqoq
İş yeri Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqoji İnstitutu, Azərbaycan dili və ədəbiyyatının metodikası şöbəsi (şöbənin müdiri)
Elmi dərəcəsi pedaqoji elmlər doktoru
Elmi adı professor
Təhsili

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, filologiya fakültəsi (1943–1948)

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, aspirantura, azərbaycan dilçiliyi ixtisası (1948–1951)
Atası Rəcəb Əfəndizadə
Mükafatları "Azərbaycan SSR əməkdar müəllimi" fəxri adı — 1981
"Şərəf Nişanı" ordeni

Əziz Əfəndizadə (1924–1996) — tanınmış pedaqoq, pedaqoji elmlər doktoru, professor, Azərbaycan SSR əməkdar müəllimi, Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatının metodikası şöbəsinin müdiri.

Haqqında məlumatlar[Vizual redaktə | HTML redaktə]

13 yanvar 1924-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual redaktə | HTML redaktə]

1942-ci ildə Bakı şəhər 18 №-li orta məktəbini bitirib.

1943 – 1948-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində,

1948 – 1951-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin aspiranturasında təhsil alıb.

Elmi fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

1954-cü ildə akademik M.Şirəliyevin rəhbərliyi ilə “Azərbaycan dilinin orfoepiyası” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsi,

1958-ci ildə baş elmi işçi (dosent) elmi adı,

1975-ci ildə “Azərbaycan dilinin orfoqrafiyası təliminin elmi əsasları” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək pedaqoji elmlər doktoru elmi dərəcəsi,

1982-ci ildə professor elmi adı alıb.

Çap olunmuş 500-dək elmi, metodiki, publisistik məqalənin, o cümlədən 50-dən çox monoqrafiya, metodik vəsait, 9 dərsliyin müəllifidir.

Əmək fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

1951-ci ildən Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqoji İnstitutunda işləyib; o cümlədən,

1951-ci ildən kiçik elmi işçi,

1954-cü ildən baş elmi işçi,

1955-ci ildən isə Azərbaycan dili və ədəbiyyatının metodikası şöbəsinin müdiri vəzifəsində çalışıb.

İkinci iş yeri[Vizual redaktə | HTML redaktə]

1975 – 1991-ci illərdə “Azərbaycan dili və ədəbiyyatı tədrisi” jurnalının redaktoru olub.

Təltif və mükafatları[Vizual redaktə | HTML redaktə]

Vəfatı[Vizual redaktə | HTML redaktə]

25 yanvar 1996-cı il tarixdə – 72 yaşında, Bakıda vəfat edib.

Ədəbiyyat[Vizual redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. Əfəndizadə Əziz // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 151-153. — 1.000 nüsx.
  2. Mete Ə. Ata yolunun şöləsində // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 185-193. — 500 nüsx.
  3. Əfəndizadə Əziz Rəcəb oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 10 000; 600 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2018. —VIII  c. — Səh. 220-221. — ISBN 978-9952-441-13-0.