Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7413 0538 5039 (08/22 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Əziz Əfəndizadə

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Əziz Əfəndizadə
Əfəndizadə Əziz Rəcəb oğlu
Əziz Əfəndizadə
Əziz Əfəndizadə.
Doğum tarixi 13 yanvar 1924(1924-01-13)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 25 yanvar 1996 (72 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi filoloq, pedaqoq
İş yeri Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqoji İnstitutu, Azərbaycan dili və ədəbiyyatının metodikası şöbəsi (şöbənin müdiri)
Elmi dərəcəsi pedaqoji elmlər doktoru
Elmi adı professor
Təhsili

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, filologiya fakültəsi (1943–1948)

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, aspirantura, azərbaycan dilçiliyi ixtisası (1948–1951)
Atası Rəcəb Əfəndizadə
Mükafatları "Azərbaycan SSR əməkdar müəllimi" fəxri adı — 1981
"Şərəf Nişanı" ordeni

Əziz Əfəndizadə (1924–1996) — tanınmış pedaqoq, pedaqoji elmlər doktoru, professor, Azərbaycan SSR əməkdar müəllimi, Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatının metodikası şöbəsinin müdiri.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

13 yanvar 1924-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1942-ci ildə Bakı şəhər 18 №-li orta məktəbini bitirib.

1943 – 1948-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində,

1948 – 1951-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin aspiranturasında təhsil alıb.

Elmi fəaliyyəti[redaktə | HTML redaktə]

1954-cü ildə akademik M.Şirəliyevin rəhbərliyi ilə “Azərbaycan dilinin orfoepiyası” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsi,

1958-ci ildə baş elmi işçi (dosent) elmi adı,

1975-ci ildə “Azərbaycan dilinin orfoqrafiyası təliminin elmi əsasları” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək pedaqoji elmlər doktoru elmi dərəcəsi,

1982-ci ildə professor elmi adı alıb.

Çap olunmuş 500-ə dək elmi, metodiki, publisistik məqalənin, o cümlədən 50-dən çox monoqrafiya, metodik vəsait, 9 dərsliyin müəllifidir.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1951-ci ildən Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqoji İnstitutunda işləyib; o cümlədən,

1951-ci ildən kiçik elmi işçi,

1954-cü ildən baş elmi işçi,

1955-ci ildən isə Azərbaycan dili və ədəbiyyatının metodikası şöbəsinin müdiri vəzifəsində çalışıb.

İkinci iş yeri[redaktə | HTML redaktə]

1975 – 1991-ci illərdə “Azərbaycan dili və ədəbiyyatı tədrisi” jurnalının redaktoru olub.

Təltif və mükafatları[redaktə | HTML redaktə]

Vəfatı[redaktə | HTML redaktə]

25 yanvar 1996-cı il tarixdə – 72 yaşında, Bakıda vəfat edib.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. Əfəndizadə Əziz // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 151-153. — 1.000 nüsx.
  2. Əfəndizadə Əziz Rəcəb oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 10 000; 600 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2018. —VIII  c. — Səh. 220-221. — ISBN 978-9952-441-13-0.