Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Əziz Əzizov

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) (Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış hərbç...' ilə yarat) tərəfindən edilmiş 14:20, 30 avqust 2022 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Əziz Əzizov
Əzizov Əziz Məmmədvəli oğlu
Əziz Əzizov
Əziz Əzizov
Doğum tarixi 1 mart 2000(2000-03-01)
Doğum yeri Qayabaşı, Şəki rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Vəfat tarixi 4 noyabr 2020 (20 yaşında)
Vəfat yeri Şuşa rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Vəfat səbəbi döyüşdə şəhid olub
Atası Məmmədvəli
Anası Hədiyyə
Hərbi fəaliyyəti

Əziz Əzizov (2002–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.


Haqqında məlumatlar

1 mart 2000-ci il tarixdə Şəki rayonunun Qayabaşı kəndində anadan olub.

Təhsili

2006 – 2017-ci illərdə Qayabaşı kənd tam orta məktəbində təhsil alıb.

Hərbi xidmətdə

2018 – 2019-cu illərdə «N» saylı hərbi hissədə hərbi xidmətdə olub.

27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı Azərbaycanda elan edilmiş qismən səfərbərliklə əlaqədar olaraq orduya çağırılıb. Cəbrayıl, Qubadlı, Laçın, Şuşa rayonlarının işğaldan azad edilməsində iştirak edib.

Şəhid olması

4 noyabr 2020-ci il tarixdə Şuşa ətrafında gedən döyüşdə qarşı tərəfin endirdiyi artilleriya zərbəsi zamanı ürəyindən qəlpə yarası alaraq 20 yaşında qəhrəmancasına həlak olub.

6 noyabr 2020-ci il tarixdə Şəki rayonunun Qayabaşı kəndinin qəbiristanlığında dəfn edilib.

Təltif və mükafatları

Ailəsi

Ailədə üç qardaş olublar. Subay idi.

İstinadlar

Ədəbiyyat

  1. 44 günlük zəfər savaşında 56 şəkili gənc qəhrəmanlıqla döyüşərək Vətən uğrunda şəhid olmuşdur : ƏZİZ Məmmədvəli oğlu Əzizov : [arx. 04.12.2021] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 04.12.2021.






Ailədə üç qardaş olublar. Subay idi. Övladları Taleh, Saleh və Əzizlə fəxr edən Məmmədvəli və Hədiyyə Əzizovlar onları vətənpərvər ruhda tərbiyə ediblər. Taleh Əzizov da müddətdən artıq hərbçi kimi Vətən müharibəsində iştirak edib və şərəfli döyüş yolu keçib. Bu gün Əzizi nəinki doğmaları, dost-tanışları, müəllimləri də qürurla anırlar. Onun orta məktəb müəllimi Hüsniyyə xanım şagirdi haqqında: "Şəki qəhrəmanlar diyarıdır. Buna II Dünya müharibəsi zamanı Əhmədiyyə Cəbrayılovun timsalında şahid olduq. Ataların yolu – oğulların yoludur. Qəhrəmanlığı ilə dastan yazan igidlərimizdən biri də II Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş Qayabaşı kənd sakini Əziz Əzizovdur. Əzizin uşaqlığı gözlərimin qarşısında keçib. 2000-ci ildə sadə bir ailədə dünyaya göz açıb. Ata-anası zəhmətkeş olublar. Əziz ailənin kiçiyidir. Hələ uşaqlıqdan zəhmətə alışmışdı. Ailəni dolandırmaq üçün atasına hər cür köməklik edirdi. Arzusu hərbi polis olmaq idi. Çox böyük həvəslə çalışırdı. Sənədlərini hazırlamışdı. Müsabiqədən də keçmişdi. Axırıncı rastlaşmağımızda “Müəllim, müsabiqədən keçmişəm. İşə çağırılmağıma lap az qalıb” dedi. Çox sevincliydi. Arzusunun bir addımlığında olan Əzizə iki xəbər gəldi. Biri arzusunda olduğu gələcək işi ilə bağlı gözlədiyi xəbər, digəri isə döyüşə çağırış idi. Təbii ki, Əziz heç fikirləşmədən həmişəki şuxluğu ilə gülə-gülə bu çağırışa yollandı və atıcı kimi döyüşlərə qatıldı” – deyir. Bu, sinəsini düşmən gülləsinə sipər edən, Vətəni, torpağı canından da çox sevən, onun uğrunda şəhadəti bir şərbət kimi içən Şəki sakini Əzizin sadə bir həyat yoludur. Bundan sonra da onun haqqında keçmiş zamanda danışılacaq. Çünki xatirələr təzələnmir, yenilənmir, olduğu kimi qalır. Əzizin əmisi oğlu, əsgər yoldaşı Eyvazın xatirələrindən: “Əmim oğlu Cəbrayılın, Qubadlının və Laçının azad olunmasında böyük şücaət göstərmişdi. Qubadlını azad etdikdə sevincinin həddi-hüdudu yox idi. Prezidentimizin erməniləri “İti qovan kimi qovacağıq” sözləri ona xüsusi ruh verirdi. Bu sözləri deyərək, gülə-gülə döyüşə atılırdı. Oktyabrın 13-də döyüşlərin qaynar nöqtəsinə atılan zaman “Əmioğlu, özündən muğayat ol, bura kişi kimi gəlmişik, kişi kimi də getməliyik!” – dedi, sanki bir də ona lazım olmayacağını bilərək çantasında olan ehtiyat köynəyini də çıxarıb mənə verdi və Xocavənd-Şuşa ətrafında gedən döyüşlərə qatıldı. Döyüş yoldaşları təsdiq edir ki, Əziz gözünü qırpmadan güllə yağışı altında 8 nəfər döyüş yoldaşını mühasirədən xilas etmişdi”. Əziz valideynləri ilə ara-sıra telefon əlaqəsi saxlayırdı. Hər dəfə də anasına “Mən bura istirahətə yox, döyüşə gəlmişəm, ana, hər şey ola bilər!” – deyərək, sanki şəhid olacağından xəbərdar kimi anasını bu xəbəri eşitməyə hazırlayırdı. Hədiyyə ana hələ də sonbeşiyinin yoxluğuna inana bilmir. Təsəllisi bu yoxluğun cismani olmasıdır. Ruhu isə hər zaman onlarladır. Əziz Əzizov noyabr ayının 6-da Şəkinin Qayabaşı kənd qəbiristanlığında dəfn olunub. Ölümündən sonra Respublika Prezidentinin sərəncamı ilə döyüşdə göstərdiyi şücaətə görə “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olun-masına görə” medalları ilə təltif edilib.