Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7413 0538 5039 (08/22 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...

Şəki Ensiklopediyası:Layihə haqqında

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 18:57, 11 yanvar 2022 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Şəki Ensiklopediyası
Logo1234.png
Şəki Ensiklopediyasının böyük loqosu.

Yaranma tarixi 2019
Rəsmi dili azərbaycan
Fəaliyyət göstərdiyi yer internet
Qurucusu Aydın Məmmədov
https://shaki.info/

Şəki Ensiklopediyası Şəkiyə dair ensiklopedik sayt və açıq bir viki-ensiklopediyadır. Burada hamı ensiklopedik meyarları gözləməklə Şəki ilə bağlı məqalə yarada, yaxud mövcud olan məqaləni redaktə edə bilər.

Hal-hazırda − 28 may 2022-ci il tarixdə, UTC vaxtı ilə saat 16:55 radələrində, Şəki Ensiklopediyasında cəmi 987 məqalə var ki, bunlardan da yalnız 906 məqalə “Yoxlanılmış məqalə” (“YM”) statusu daşımaqdadır və bu statusa malik bütün məqalələrin müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. Yerdə qalan məqalələrdə “YM” statusunun olmaması isə o deməkdir ki, onlar hələlik Şəki Ensiklopediyasının redaksiyası tərəfindən tam yoxlanılmamışdır və biz həmin məqalələrin məzmununa cavabdeh deyilik. Belə məqalələr arasında ensiklopedik tələblərə uyğun olmayan, qaralama vəziyyətində olan məqalələrin də olması mümkündür və biz var qüvvəmizlə və planlı şəkildə bu tip məqalələrin ensiklopedikləşdirməyə çalışırıq. Nəzərə alın ki, bu sayt 8 mart 2020-ci il tarixdə tam yenidən qurulmuş (25.05.2019-cu il tarixdə yaradılmışdı), 26 mart 2021-ci il tarixdən isə www.shaki.info domenində fəaliyyət göstərməyə başlamışdır.

Əgər 19 dekabr 2021-ci il tarixdə Şəki Ensiklopediyasında cəmi məqalə sayı 855, yoxlanılmış məqalə sayı 670, bunlar arasındakı fərq isə 185-dirsə, ola bilər ki biz 2022-ci ilin sonunda bu fərqi əhəmiyyətli şəkildə azalda biləcəyik, bəlkə də tamam yox edəcəyik. 2022-ci il üçün isə əsas hədəfimiz isə “YM” statuslu məqalə sayını 2022-ci ilin sonunadək 1000-ə çatdırmaqdır. 2022-ci il üçün başqa planımız yoxdur. Amma sonrakı bir neçə il ərzində Şəki Ensiklopediyasındakı məqalələrin sayını 3000 – 3500-ə çatdırmağı nəzərdə tutmuşuq.

Hörmətlə, Aydın Məmmədov (müzakirə) 21:11, 19 dekabr 2021 (+04),

Şəki Ensiklopediyasının baş redaktoru.

E-mail: admin@shaki.info.

Tel. : +994 55 793 23 83.

Maliyyə dəstəyi Facebook qrupumuz Facebook səhifəmiz

Şəki Ensiklopediyasının tarixinə dair videolar