Şəki Ensiklopediyası:Layihə haqqında

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 01:50, 23 mart 2023 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Şəki Ensiklopediyası
Loqo.png
Şəki Ensiklopediyasının loqosu.

Yaranma tarixi 2019
Rəsmi dili azərbaycan
Fəaliyyət göstərdiyi yer internet
Qurucusu Aydın Məmmədov
https://shaki.info/

Şəki Ensiklopediyası Şəkiyə dair azərbaycanca interaktiv bir veb-ensiklopediya və hər kəs tərəfindən redaktə edilə bilən açıq bir viki-saytdır. Burada hamı ensiklopediklik meyarlarını və daxili üslubu gözləməklə Şəki ilə bağlı məqalə yarada, yaxud mövcud olan məqaləni redaktə edə bilər.

Hal-hazırda − 30 may 2023-cü il tarixdə, UTC vaxtı ilə saat 14:22 radələrində, Şəki Ensiklopediyasında cəmi 1.153 məqalə var ki, bunlardan da yalnız 1.075 məqalə “Yoxlanılmış məqalə” (“YM”) statusu daşımaqdadır və bu statusa malik bütün məqalələrin müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. Yerdə qalan məqalələrdə “YM” statusunun olmaması isə o deməkdir ki, onlar hələlik Şəki Ensiklopediyasının redaksiyası tərəfindən tam yoxlanılmamışdır və biz həmin məqalələrin məzmununa cavabdeh deyilik. Belə məqalələr arasında ensiklopediklik tələblərinə uyğun olmayan, qaralama vəziyyətində olan məqalələrin də olması mümkündür və biz var qüvvəmizlə və planlı şəkildə bu tip məqalələrin ensiklopedikləşdirməyə çalışırıq. Nəzərə alın ki, bu sayt 8 mart 2020-ci il tarixdə tam yenidən qurulmuş (25.05.2019-cu il tarixdə yaradılmışdı), 26 mart 2021-ci il tarixdən isə www.shaki.info domenində fəaliyyət göstərməyə başlamışdır.

Hörmətlə, Aydın Məmmədov,

Şəki Ensiklopediyasının sahibi və baş redaktoru.

E-mail: admin@shaki.info.

Tel. : +994 55 793 23 83.

Maliyyə dəstəyi Facebook qrupumuz Facebook səhifəmiz

Bildiriş № 1

Əgər 19 dekabr 2021-ci il tarixdə Şəki Ensiklopediyasında cəmi məqalə sayı 855, yoxlanılmış məqalə sayı 670, bunlar arasındakı fərq isə 185-dirsə, ola bilər ki biz 2022-ci ilin sonunda bu fərqi əhəmiyyətli şəkildə azalda biləcəyik, bəlkə də tamam yox edəcəyik. 2022-ci il üçün isə əsas hədəfimiz isə “YM” statuslu məqalə sayını 2022-ci ilin sonunadək 1000-ə çatdırmaqdır. 2022-ci il üçün başqa planımız yoxdur. Amma sonrakı bir neçə il ərzində Şəki Ensiklopediyasındakı məqalələrin sayını 3000 – 3500-ə çatdırmağı nəzərdə tutmuşuq.

Hörmətlə, Aydın Məmmədov (müzakirə) 21:11, 19 dekabr 2021 (+04),

Bildiriş № 2

Google Analitikada Shaki.info saytının statistikası (04.09.2021 – 03.09.2022).

2021-ci ilin 4 sentyabrından başlamaqla 1 il ərzində Şəki Ensiklopediyası saytını 50 min 4 dəfə oxucu ziyarət etmiş, saytın gündəlik oxucu sayı isə heç vaxt (365 dəfə) 100-dən az olmamış, o cümlədən, gündəlik oxucu sayı 295 dəfə 150-dən, 135 dəfə 200-dən, 49 dəfə 250-dən, 17 dəfə isə 300-dən az olmamışdır.

O cümlədən, 28 yanvar 2022-ci il tarixdə bir gün ərzində saytımızı 405, 13 fevral 2022-ci il tarixdə bir gün ərzində saytımızı 411, 16 iyun 2022-ci il tarixdə bir gün ərzində saytımızı 872, 29 aprel 2022-ci il tarixdə isə bir gün ərzində saytımızı 894 nəfər oxucu açmışdır.

Saytımız əsasən Android (49.73%) və iOS (35.23%) mobil əməliyyat sistemləri ilə və qismən Windows (13.34%) kompüter əməliyyat sistemi ilə açılmışdır. Başqa sözlə saytımızın açılması 85%-ə yaxın nisbətdə mobil cihazlar, cəmi 15%-ə yaxın nisbətdə isə kompüterlər vasitəsi ilə baş verib.

1 il ərzində saytımız Google axtarışında 881 min dəfə göstərilmiş, 35,9 min dəfə isə Google axtarışı ilə açılmışdır. Ən çox 14 dekabr 2021-ci il tarixdə bir gün ərzində 5.715 dəfə göstərilmiş və 329 dəfə açılmışdır. 1 il ərzində saytımızın açılması 24.569 dəfə (48,5%) internet-axtarış sistemləri vasitəsi ilə, 19.685 dəfə (38,8%) internet-sosial şəbəkələr vasitəsi ilə 5.491 dəfə (10,8%) isə birbaşa baş verib.

Hörmətlə, Aydın Məmmədov (müzakirə) 16:58, 4 sentyabr 2022 (+04)

Bildiriş № 3

Birinci bildirişimizdə 2022-ci ilin sonunadək yoxlanılmış məqalə sayını 1000-ə çatdırmaq, cəmi məqalə sayı ilə yoxlanılmış məqalə sayı arasındakı fərqi əhəmiyyətli şəkildə azaltmağı qarşımıza məqsəd qoyduğumuzu bildirmişdik. Biz 2022-ci ilin sonunadək yoxlanılmış məqalə sayını həqiqətən də 1000-ə çatdırdıq və cəmi məqalə sayı ilə yoxlanılmış məqalə sayı arasındakı fərqi isə əhəmiyyətli şəkildə azaldaraq 185-dən 78-ə endirdik...

Məlumat üçün onu da əlavə edək ki, son 12 ay ərzində (2022-ci il fevralın 1-dən 2023-cü il yanvarın 31-nə qədər olan müddətdə) internet istifadəçiləri Şəki Ensiklopediyasına 29 min 224 dəfə internet axtarış sistemlərindən daxil olublar. Yəni Googledə, yaxud Bingdə, taxud Yandexsdə və s. hansısa internet axtarış sistemindəsə hansısa sözü axtarış ediblər, nəticədə Şəki Ensiklopediyasını açıblar. Başqa sözlə, son bir il ərzində saytımızı açmış internet istifadəçilərinin 47,8 %-ni saytımıza internet axtarış sistemləri yönəltmişdir. O cümlədən, saytımız internet axtarış sistemləri vasitəsi ilə

2022-ci ilin fevral ayında 2.117 (51,5 %),
2022-ci ilin mart ayında 2.140 (49,3 %),
2022-ci ilin aprel ayında 2.353 (42,2 %),
2022-ciii ilin may ayında 2.550 (48,3 %),
2022-ci ilin iyun ayında 2.113 (41,3 %),
2022-ci ilin iyul ayında 1.901 (42,3 %),
2022-ci ilin avqust ayında 2.116 (43,9 %),
2022-ci ilin sentyabr ayında 3.322 (57,5 %),
2022-ci ilin oktyabr ayında 3.469 (38,4 %),
2022-ci ilin noyabr ayında 3.286 (47,7 %),
2022-ci ilin dekabr ayında 3.120 (42,9 %),
2023-cü ilin yanvar ayında 3.122 (55,4 %) dəfə açılıb. Buradan görünür ki, 2022-ci ilin sentyabr ayından başlamaqla 2023-cü ilin fevral ayınadək saytımız hər ay azı 3 min dəfə (orta hesabla gündə 100 dəfə) internet axtarış sistemləri vasitəsi ilə açılmışdır. Bu isə onu göstərir ki, Şəki Ensiklopediyası artıq internetdə azərbaycan dilində əhəmiyyətli bir informasiya resursuna çevrilmişdir.

Hörmətlə, Aydın Məmmədov (müzakirə) 20:54, 5 fevral 2023 (+04)

Şəki Ensiklopediyasının tarixinə dair videolar

Həmçinin, bax:

Ziyarətçi sayı, aybaay