Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Ələfsər Rəhimov

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 08:28, 2 sentyabr 2021 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Ələfsər Rəhimov
Rəhimov Ələfsər Məmmədrəhim oğlu
Ələfsər Rəhimov
Ələfsər Rəhimov.
Şəxsi məlumatlar
Doğum tarixi 5 may 1930(1930-05-05)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 1 dekabr 1984 (54 yaşında)
Vəfat yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Dəfn yeri Şəki
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİ

Ləqəbi Ələfsər Şəkili
Musiqi aləti zurna, balaban, qaboy və klarnet
Təhsili Nuxa Orta İxtisas Musiqi Texnikumu (1963–1967)

Ələfsər Rəhimov (1930–1984) — tanınmış zurna ifaçısı; zurna alətində yenilik edərək onda səkkizinci dəliyi açmış, bu alətin imkanlarının artmasına, daha gözəl səslənməsinə nail olmuşdur.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

5 may 1930-cu ildə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1963 – 1967-ci illərdə Nuxa Orta İxtisas Musiqi Texnikumunda təhsil alıb.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1962 – 1977-ci illərdə Nuxa/Şəki Şəhər Mədəniyyət Evində bədii rəhbər və direktor vəzifəsində çalışıb.

Sənətkar kimi fəaliyyəti və uğurları[redaktə | HTML redaktə]

1956, 1957 və 1962-ci illərdə Bakıda keçirilmiş Azərbaycan SSR gənclərinin festivallarında laureat adına layiq görülüb, birinci dərəcəli diplom və qızıl medalla mükafatlandırılıb. 1959-cu ildə isə Moskvada keçirilən Azərbaycan İncəsənət və Ədəbiyyatı günlərində “Şəki toyu” rəqs kollektivini bacarıqla müşayiət edən zurnaçılar dəstəsinə rəhbərlik edib.

1967-ci ildə Ümumittifaq xalq yaradıcılığı festivalının laureatı olub.

1974-cü ildə ifa etdiyi “Şur”, “Segah”, “Qatar” muğamları, “Şəki yallısı”, “Cəngi”, “Koroğlu”, “Pəhləvani” və digər rəqslər Azərbaycan radiosunun “Qızıl fond”una daxil edilib.

1977-ci ildə isə zəhmətkeşlərin bədii yaradıcılıq festivalının laureatı olub.

Zurnaçılar dəstəsi ilə birlikdə “Dəli Kür”, “Yeddi oğul istərəm”, “Yenilməz batalyon” filmlərinə çəkilib.

1983-cü ilin may-iyun aylarında Fransada keçirilən beynəlxalq musiqi festivalında, 1984-cü ilin mayında isə Belçikada Rəşid Behbudovun rəhbərlik etdiyi Mahnı Teatrı ilə birlikdə qastrol səfərində iştirak edib.

Tanınmış şəxslər onun haqqında[redaktə | HTML redaktə]

Bəxtiyar Vahabzadə, Məmməd Aslan, Aşıq Şəmşir və başqaları ona şeirlər həsr etmişlər. Bəxtiyar Vahabzadə Ələfsər Rəhimov haqqında demişdir: “Mən hər dəfə Ələfsəri dinləyəndə ayaqlarım yerindən üzülür, xalqımın keçdiyi min illik yollarından keçir, tariximizə – ulu babalarımızın ruhuna qovuşuram”.

Vəfatı[redaktə | HTML redaktə]

30 noyabr 1984-cü il tarixdə – qardaşının evində, ailə münaqişəsi zəminində öz qohumu tərəfindən bıçaqlanmış, dekabrın 1-də – 54 yaşında, xəstəxanada vəfat etmişdir.

Ailəsi[redaktə | HTML redaktə]

Ələfsər Rəhimovun nəvəsi Ələfsər Rəhimov Əməkdar artist Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq” ritm qrupunun fəal üzvlərindən biri olub.

Xatirəsi[redaktə | HTML redaktə]

Şəki Musiqi Texnikumu bir müddət onun adını daşıyıb.

1990-cı ildə 60, 2000-ci ildə 70 illik yubileyləri keçirilmişdir. 2010-cu ilin oktyabrında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Şəkidə Ələfsər Rəhimovun 80 illiyinə həsr olunmuş “Milli nəfəs alətləri” bayramı təşkil olunub.

Şəki Şəhər Mərkəzi Mədəniyyət Evində Ələfsər Şəkili adına zurnaçılar ansamblı fəaliyyət göstərib.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. Rəhimov Ələfsər // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 327-328. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  2. Kərimov V. (21-12-2012). "Yaddaşlarda yaşayan el sənətkarı". http://medeniyyet.az (azərb.). “Mədəniyyət” qəzeti. (#archive_url)
  3. Qvami Məhəbbətoğlu (4 noyabr 2015). ""Belə getsə, elə nəzərdə tutula-tutula qalacağam"". http://anl.az (azərb.). “Zaman” qəzeti. 28 Jul 2019 tarixində arxivləşdirilib.

Videolar[redaktə | HTML redaktə]