Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Aşağı Daşağıl

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (Səhifəni 'Kateqoriya:A{{YM |ad = AŞAĞI DAŞAĞIL |xəritə = Seki.PNG |xəritə miqyas = 200px |xəritə məlumat = Şəki rayonu |x...' ilə yarat) tərəfindən edilmiş 17:30, 14 mart 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Yaşayış məntəqəsi
Aşağı Daşağıl


Ölkə Azərbaycan
Region Şəki rayonu
Əhalisi 584 nəfər



Aşağı DaşağılAzərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi vahidində kənd.

Tarixi

Aşağı Daşağıl Şəki rayonunun Aydınbulaq inzibati ərazi vahidində kənd. Dəhnə çayının sahilində, çökəklikdədir. Mənbələrin verdiyi məlumatdan və tədqiqatçıların yazılarından məlum olur ki, bu kənd Şəki rayonundakı Bucaq kəndinin yaxınlığında yerləşdiyinə görə keçmışdə Bucaq Daşağıl, bir müddət Qışlaq Daşağıl da adlandırılmışdır. XIX əsrdə Daşağıl kəndindən çıxmış bir qrup ailə kəndin yaxınlığında yeni yaşayış məntəqəsi - Aşağı Daşağıl yaratmışlar. Əvvəlki kənd isə indi olduğu kimi, Baş Daşağıl adlandırılmışdır. Oykonimin ikinci komponenti daş və ağıl (qoyun saxlanan yer; tövlə) sözlərindən ibarətdir. Həqiqətən də, kəndin ərazisində iki təbii mağara və bir qayaaltı daş mağara vardır[1].

Əhalisi

Kəndin əhalisi 584 nəfər təşkil edir ki, onun da 296 nəfəri kişi, 288 nəfəri isə qadındır. ləzgilər[2].

İstinadlar