Ağabala Qasımov

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Ağabala Qasımov
Qasımov Ağabala İlyas oğlu
Ağabala Qasımov
Ağabala Qasımov.
Doğum tarixi 23 dekabr 1923(1923-12-23)
Doğum yeri Böyük Dəhnə, Nuxa qəzası, Azərbaycan SSR, ZSFSR
Vəfat tarixi 2003(2003-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00) (79 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Dəfn yeri Qurd qapısı qəbiristanlığı, Bakı
Vətəndaşlıq SSRİ
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti
Həyat yoldaşı Rəfiqə
Mükafatları "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı — 1945

Ağabala Qasımov (1923–2003) — Azərittifaqın Kooperativ Lahiyə İnstitutunun direktoru.

Haqqında məlumatlar[Vizual redaktə | HTML redaktə]

23 dekabr 1923-cü il tarixdə Nuxa qəzasının Böyük Dəhnə kəndində anadan olub.

Hərbi xidmətdə[Vizual redaktə | HTML redaktə]

20 aprel 1941-ci il tarixdə hərbi xidmətə çağırılıb.

Böyük Vətən müharibəsi (1941–1945) iştirakçısıdır.

25 aprel 1946-cı il tarixdə mayor hərbi rütbəsi ilə ordudan tərxis olunub.

Təhsili[Vizual redaktə | HTML redaktə]

S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini bitirib.

Əmək fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

1971 – 1976-cı illərdə Azərbaycan KP Vartaşen (indiki Oğuz) rayon komitəsinin birinci katibi, sonralar isə Azərittifaqın nəzdində fəaliyyət göstərən Kooperativ Lahiyə İnstitutunun direktoru vəzifəsində çalışıb.

Pedaqoji fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

1970-cı illərin sonlarından həm də Dadaş Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda siyasi iqtisad fənnindən saathesabı dərs deyib.

İctimai-siyasi aktivliyi[Vizual redaktə | HTML redaktə]

1975-ci ildə 187 nömrəli Vartaşen seçki dairəsindən IX çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. Ali Sovetdə təbiəti mühafizə komissiyasının üzvü olub.

Təltif və mükafatları[Vizual redaktə | HTML redaktə]

Vəfatı[Vizual redaktə | HTML redaktə]

2003-cü ildə – 79 yaşında, Bakıda vəfat edib. Bakıda Qurd qapısı qəbiristanlığında – oğlunun qəbrinin yanında dəfn olunub.

Ədəbiyyat[Vizual redaktə | HTML redaktə]

  1. Касумов Ага-Бала Ильясович : Сведения о личном составе : [arx. 26.08.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 26.08.2021.
  2. Касумов Агабаллда (Агабал) Ильясович : Сведения о личном составе : [arx. 26.08.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 26.08.2021.