Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

AMEA Şəki Regional Elmi Mərkəzi

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 21:47, 12 iyun 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
AMEA Şəki Regional Elmi Mərkəzi
AMEA ShREM.jpg

Növü elmi-tədqiqat mərkəzi
Yaranma tarixi 1972
Direktoru Yusif Şükürlü
https://shrem.az/

AMEA Şəki Regional Elmi Mərkəzi — Azərbaycan Milli Elmlər Akademiyasının Şəkidə yrləşən regional elmi-tədqiqat müəssisəsi.

Tarixi

14 aprel 1972-ci il tarixdə Azərbaycan SSR EA Fizika İnstitutunun nəzdində Şəki Zona Elmi Bazası kimi yaradılıb.

1995-ci ildə Şəki Zona Elmi Bazasında geologiya, genofond, biokimya və biofizika qrupları vardır.

6 aprel 1995-ci il tarixdən Şəki Regional Elmi Mərkəzi statusu verilib; mərkəzdə sellərin öyrənilməsi və folklorşünaslıq və el sənətləri laboratoriyaları yaradılıb, vvəlki 5 qrup da laboratoriyaya kimi fəaliyyət göstərməyə başlayıb.

2014-cü ildən AMEA-nın yeni Nizamnaməsinə uyğun olaraq, labaratoriyalar şöbə adlandırılıb (yeni adları: 1. Landşaftşünaslıq; 2. Ekoloji coğrafiya; 3. Bitkilərin biokimyası; 4. Molekulyar biofizika; 5. Tut ipəkqurdunun seleksiyası; 6. Bitkilərin genofondu və biomüxtəliflik; 7. Folklorşünaslıq və el sənətləri; 8. Tarixi irs və etnoqrafiya şöbələri).

Direktorları

  1. (1972 – 2014) — Zəkəriyyə Əlizadə, geologiya-mineralogiya elmləri doktoru, professor;
  2. (2014 – indi) — Yusif Şükürlü, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru.

Ədəbiyyat

  1. "Şəki Regional Elmi Mərkəzi". ttp://science.gov.az (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. June 3, 2021 tarixində arxivləşdirilib.