Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

AMEA Şəki Regional Elmi Mərkəzi

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (→‎Həmçinin bax) tərəfindən edilmiş 17:51, 14 mart 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
AMEA Şəki Regional Elmi Mərkəzi
AMEA ShREM.jpg

Növü elmi-tədqiqat institutu
Yaranma tarixi 1972
Sədri Yusif Şükürlü
fizika-riyaziyyat üzrə fəlsəfə doktoru
http://www.rem.sheki.city/

AMEA Şəki Regional Elmi MərkəziAzərbaycan Milli Elmlər Akademiyasının institutlarından biri.

Yaranma tarixi

1972-ci ildə AEA-nın Fizika institutunun nəzdində Şəki Zona elmi bazası kimi yaradılmış, 1977-ci ildə Radiasiya bölməsinin tabeliyinə keçirilmiş, 1995-ci ildən müstəqil Şəki Regional Elmi Mərkəzinə çevrilmişdir. 1972-ci ildən ipəkçilik, fizika, kimya, geologiya, mədəni və yabanı bitkilərin genofondu laboratoriyaları, 1990-cı ildən sellərin öyrənilməsi və folklorşünaslıq və el sənətləri laboratoriyaları fəaliyyət göstərir.

Əsas fəaliyyət istiqamətləri

yerli bitki və heyvanat aləminin öyrənilməsi: təbiət abidələrinin bərpası;
torpaqların məhsuldarlığının yüksəldilməsi və onların eroziyadan qorunması;
meşə bitkilərinin inkişaf etdirilməsi;
sel axınları ilə mübarizə;
zonanın becərilən və perspektivli bitkiləri üzrə genetika və seleksiya işləri üzrə stasionar tədqiqatların aparılması;
biogeokimyəvi əyalətin tədqiqi;
Böyük Qafqazın cənub yamacı zonasının yeraltı sərvətlərinin aşkar edilməsi ilə bağlı axtarış işlərinin aparılması, eləcə də sənayedə istifadə edilməsi və işlənməsi imkanlrı üçün yerli xammal ehtiyatlarının öyrənilməsi;
tut ipəkqurdu baramasının kompleks fiziki metodlarla tədqiqi; heyvandarlıq və quşçuluqda şüalanmanın stimullaşdırılması;
Balakən-Şəki bölgəsinin folklorunun və el sənətlərinin toplanması və tədqiqi.

Son beş ildə əldə edilmiş əsas elmi nəticələr

İpək çıxımı 8-10% artıq olan xəstəliyə dözümlü tut ipəkqurdu xətləri yaradılmışdır. Biostimulyatorların tut ipəkqurdunun məhsuldarlığına təsiri öyrənilmişdir. Gön-dəri, yun məhsullarının yeni alınmış təbii boyaq maddəsi ilə rəngləmə üsulu təklif edilmişdir. Sel, onu yaradan amillər, formalaşmasının qarşısının alınması məqsədilə təkliflər hazırlanmışdır. Yeni alma və armud sortları yaradılmışdır. Polimetal filiz yataqlarının axtarışında indikatorların rolu öyrənilmişdir. Bölgə folklorunun toplanması, tədqiqi aparılmış, folklor muzeyi yaradılmışdır. Bölgənin Şəki, Qax, Zaqatala, Balakən, Oğuz rayonları üzrə coğrafi problemlər və xeyir-dualar kitabları buraxılmışdır. 2 namizədlik dissertasiyası müdafiə edilmişdir.

Struktur bölmələri

  • Geokimya laboratoriyası
  • Yabanı və mədəni bitkilərin genefondu laboratoriyası
  • Biofizika laboratoriyası
  • Biokimya laboratoriyası
  • İpəkçilik laboratoriyası
  • Sellərin öyrənilməsi laboratoriyası
  • Folklorşünaslıq və el sənətləri laboratoriyası
  • El sənətləri qrupu

Direktorları

  1. (19722014) — Zəkəriyyə Əlizadə, geologiya-mineralogiya elmləri doktoru, professor
  2. (2014 – indi) — Yusif Şükürlü, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru

İstinadlar


Xarici keçidlər