Abbas Əmbala (1950–2014) — şair və folklorşünas, AMEA Folklor İnstitutunun Şəki filialının əməkdaşı.

Abbas Əmbala
Bəxtiyarov Abbas Şəhriyar oğlu
Abbas Əmbala
Abbas Əmbala.
Təxəllüsü Əmbala
Doğum tarixi 17 avqust 1950(1950-08-17)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfatı 25 iyul 2014 (63 yaşında)
Vəfat yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Təhsili M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutu, energetika fakültəsi (–1976)

Haqqında məlumatlarRedaktə

17 avquqst 1950-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

TəhsiliRedaktə

1967-ci ildə Nuxa şəhər 7 saylı orta məktəbini,

1976-cı ildə isə M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutunun energetika fakültəsini bitirib.

Əmək fəaliyyətiRedaktə

Əmək fəaliyyətinə V.İ.Lenin adına Nuxa İpək kombinatında fəhlə kimi başlayıb.

2000-ci ildən AMEA Folklor İnstitutunun Şəki filialının əməkdaşı olub.

Ədəbi yaradıcılığıRedaktə

Gənc yaşlarında dövrü-mətbuatda şeirləri çap olunub.

KitablarıRedaktə

  1. Həsrətim (2000);
  2. Üzünü sıxma köksümə (2005);
  3. Azərbaycan milli mətbəxi bayatılarda (2014).

VəfatıRedaktə

25 iyul 2014-cü il tarixdə – 63 yaşında, Şəkidə vəfat edib.

XatirəsiRedaktə

28 iyul 2017-ci il tarixdə M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzində Şəki Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin İ.S.Nakam adına Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Abbas Əmbalaya həsr olunmuş “Yapışmışdım bu dünyadan, etibarın bilə-bilə” adlı xatirə gecəsi keçirilib.

ƏdəbiyyatRedaktə

  1. Orsər R. Abbas Əmbala // Şəkidən gələn səslər. — Bakı: «Elm və təhsil», 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 535-537. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
  2. "Şəki M.F.Axundov adına şəhər Mədəniyyət Mərkəzində şair Abbas (Əmbala) Bəxtiyarova həsr olunmuş xatirə gecəsi keçirilib". http://www.culture.gov.az/ (azərb.). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 28.07.2017. 10 Jan 2021 tarixində arxivləşdirilib.