Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Abbasəli Əliyev

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) (→‎Ailəsi) tərəfindən edilmiş 20:10, 30 dekabr 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Abbasəli Əliyev
Əliyev Abbasəli Abdurəhman oğlu
Abbasəli Əliyev
Abbasəli Əliyev
Doğum tarixi 15 may 1911(1911-05-15)
Doğum yeri Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 23 avqust 1985 (74 yaşında)
Vəfat yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Uşaqları İsmayıl Əliyev, Şərafət Əliyeva-Əzizova, Gülrux İsmayılova
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
Peşəsi həkim
Milliyyəti azərbaycanlı
Mükafatları "Döyüş xidmətlərinə görə" medalı"Qırmızı Ulduz" ordeni"1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı"Döyüş xidmətlərinə görə" medalı"1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı"SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı"1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı

Abbasəli Əliyev (Əliyev Abbasəli Abdurəhman oğlu; d. 15 may 1911-ci ildə, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası – ö. 23 avqust 1985-ci ildə, Şəki, Azərbaycan SSR, SSRİ) – həkim-hərbçi, sovet ordusu kapitanı, Böyük Vətən müharibəsi iştirakçısı.

Haqqında məlumatlar

15 may 1911-ci il mayın 15-də Nuxada anadan olub.

Təhsili

1936-cı ildə Şəki Tibb Fəhlə Fakültəsini (Med.Rab.Fak.) bitirib.

1936 – 1941-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb.

Əmək fəaliyyəti

Hərbi xidmətdə

1941-ci ildə Tibb İnstitutunu bitirərkən Böyük Vətən Müharibəsi başlayıb və o, hərbçi-həkim kimi sovet ordusunda xidmətə çağırılıb. 1943-cü ildə 2-ci Ukrayna cəbhəsi 40-cı ordunun Kiyev “Qızıl Bayraqlı” Boqdan Xmelniski ordenli 50-ci atıcı korpusunun 134-cü briqada və 74-cü atıcı diviziyasının bütün hücum döyüşlərində iştirak edərək yaralılara qarşı diqqət, sevgi və məsuliyyətlə yanaşmışdır. Komandanlığın göstərişlərini nümunəvi yerinə yetirərkən göstərdiyi mərdlik və şücaət dövlət tərəfindən qiymətləndirilmiş və o, SSRİ Ali Soveti Rəyasət Heyəti adından “Qırmızı Ulduz” ordeni ilə təltif edilmişdir. Müharibə qurtardıqdan sonra da hərbi qulluqda qalıb və 17 il Uzaq Şərqdə, Tiflisdə, Zaqatalada, Lerikdə, Nasosnıda, Bakıda, Gəncədə və bir neçə digər şəhərdə hərbçi həkim kimi çalışıb. 1957-ci ildə kapitan rütbəsi ilə sovet ordusundan tərxis olunub.

Mülki xidmətdə

1957 – 1985-ci illərdə əmək fəaliyyətini Nuxa/Şəki Rayonlararası Mərkəzi Xəstəxanasında davam etdirib.

Vəfatı

23 avqust 1985-ci il tarixdə Şəkidə dünyasını dəyişib.

Ailəsi

Abbasəli Əliyev ailəsi ilə birlikdə.
  • Həyat yoldaşı: Xavər Əliyeva həkim-bakterioloq olub. 1979-cu ildə “Əmək veteranı” medalı, 1982-ci ildə uzun müddət qüsursuz işlədiyinə görə və anadan olmasının 60 illiyi münasibətilə Tibb İşçiləri Həmkarlar İttifaqının Şəki rayon şöbəsi tərəfindən fəxri fərmanla təltif edilmişdir.
  • Övladları: İsmayıl, ŞərafətGülrux – hər üçü musiqiçidir.
    • Oğlu: İsmayıl Əliyev, musiqiçi-pedaqoqdur. 1972 – 2017-ci illərdə Şəki Musiqi Texnikumunda əvvəl xalq çalğı alətləri şöbəsinin müdiri, sonra isə müəllim və xalq çalğı alətləri orkestrinin rəhbəri olub.
    • Qızı: Şərafət Əliyeva-Əzizova, müəllim-konsertmeyster; 2003 – 2010-cü illərdə Trakya Universiteti Dövlət Konservatoriyasında (Türkiyə) çalışmış, 2012-ci ildən isə əmək fəaliyyətini Şəki Dövlət Regional Kollecində davam etdirmişdir.
    • Qızı: Gülrux İsmayılova, 1975 – 1996-cı illərdə Şəki şəhər 2 №-li musiqi məktəbində, 2006 – 2020-ci illərdə (təqaüdə çıxana qədər) isə Xırdalan şəhər musiqi məktəbində konsertmeyster olaraq fəaliyyət göstərib.

Mükafatları

Şəkillər

Şablon:Yaxşı məqalə