Abdulla Yusifov
Abdulla Yusifov | |
---|---|
Yusifov Abdulla Əhməd oğlu | |
Abdulla Yusifov. | |
Anadan olub | 9 aprel 1962 |
Anadan olduğu yer | Baş Layısqı, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ |
Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, hüquq fakültəsi (1983–1988) |
Fəaliyyət illəri | 1988-ci ildən |
Mükafatları |
Abdulla Yusifov — Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəis müavini, baş ədliyyə müşaviri.
Haqqında məlumatlar
9 aprel 1962-ci il tarixdə Nuxa rayonunun Baş Layısqı kəndində anadan olub.
Təhsili
1979-cu ildə Baş Layısqı kənd orta məktəbini bitirib.
1983 – 1988-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb.
Hərbi xidmətdə
1980 – 1982-ci illərdə Sovet Ordusunda həqiqi hərbi xidmətdə olub.
Əmək fəaliyyəti
1988-ci ilin avqust ayından prokurorluq orqanlarında işləyib; o cümlədən,
1988 – 1989-cu illərdə Azərbaycan Respublikası Nəqliyyat Prokurorluğunda stajyor,
1989 – 1993-cü illərdə Gəncə Nəqliyyat prokurorunun köməkçisi,
1993 – 1994-cü illərdə Gəncə Nəqliyyat prokurorunun müavini,
1994 – 2000-ci illərdə Zaqatala rayon prokurorunun köməkçisi,
2000-ci ildə Zaqatala rayon prokurorunun müavini,
2000 – 2004-ci illərdə Zaqatala rayon prokuroru,
2004-cü ildə Azərbaycan Respublikası Baş Prokurorluğu təşkilat-analitik idarəsinin prokuroru,
2004 – 2005-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğu daxili işlər orqanlarının istintaq, təhqiqat, əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini,
2005 – 2012-cu illərdə əvvəl Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin rəis müavini, sonra birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi, daha sonra Azərbaycan Respublikası Baş Prokurorluğu daxili işlər orqanlarının istintaq, təhqiqat, əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi,
2012 – 2019-cu illərdə əvvəl İmişli rayon prokuroru, sonra Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi,
2019 – 2020-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğu Elm-Tədris Mərkəzinin böyük prokuroru,
2020-ci il mart ayından 2023-cü ilin oktyabr ayınadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional İdarəsinin rəisi vəzifəsində çalışıb.
2023-cü ilin noyabr ayından Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəis müavinidir.
Təltif və mükafatları
- “Dövlət qulluğunda fərqlənməyə görə” medalı (2008);
- “Prokurorluğun fəxri işçisi” döş nişanı (2012).
Ailəsi
Ailəlidir, 4 övladı var.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |