Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Abdulla bəy Əfəndizadə

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 23:17, 3 mart 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Abdulla bəy Əfəndizadə
Əfəndizadə Abdulla bəy İsmayıl oğlu
Abdulla bəy Əfəndizadə
Abdulla bəy Əfəndizadə.
Doğum tarixi 3 mart 1873(1873-03-03)
Doğum yeri Nuxa, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfatı 1928(1928-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR
Uşağı Ziya Əfəndiyev
Təhsili

Mixaylov Sənət Məktəbi (Yelizavetpol (indiki Gəncə), 1888 – 1894)

Aleksandr Müəllimlər İnstitutu (Tiflis (indiki Tbilisi), 1895 – 1899)

Abdulla bəy Əfəndizadə – maarif xadimi, yazıçı, tərcüməçi, Azərbaycan parlamentinin (1918 – 1920) Nuxa şəhərindən seçilmiş deputatı. Rәşid bәy Əfәndiyevin qardaşı, Hikmət Ziyanın isə babasıdır.

Haqqında məlumatlar

3 mart 1873-cü il tarixdə Nuxada anadan olub.

Təhsili

1880 – 1888-ci illərdə Nuxada evdə və məhəllə məktəbində ibtidai,

1888 – 1894-cü illərdə Mixaylov Sənət Məktəbində (Yelezavetpol (indiki Gəncə)) kənd təsərrüfatı – bağçılıq və ipəkçilik, üzrə orta ixtisas,

1895 – 1899-ci illərdə Aleksandr Müəllimlər İnstitutunda (Tiflis (indiki Tbilisi)) ali pedaqoji təhsil alıb.

Əmək fəaliyyəti

1899 – 1920-ci illərdə, əvvəlcə, Bakıda Hacı Zeynalabdin Tağıyevin himayəsi ilə təsis edilmiş və Sultan Məcid Qənizadənin rəhbərlik etdiyi məktəbdə pedaqoji əmək fəaliyyətə başlayıb, daha sonra müxtəlif məktəblərdə müəllim və müdir (1898–1920) işləmişdir.

İctimai-siyasi fəaliyyəti

1906 və 1907-ci illərdə Qafqaz Müsəlman Müəllimlərinin I və II qurultaylarında iştirak edib.

1918 – 1920-ci illərdə Nuxa şəhərinin təmsilçisi kimi Azərbaycan parlamentinin üzvü olub.

Ədəbi, elmi, pedaqoji-elmi və tərcüməçilik fəaliyyəti

1894-cü ildə “Sbornik materialov dlya opisaniya mestnostey i plemen Kavkaza” məcmuəsində Nuxada topladığı folklor nümunələri,

1906-cı ildə “Rüstəmin yuxusu” kitabı,

1908-ci ildə Süleyman Sani Axundov və Fərhad Ağazadə (Şərqli) ilə birlikdə tərtib etdikləri “İkinci il” məktəb dərsliyi,

1914-cü ildə “Şagirdlərə hədiyyə” kitabı,

1919-cu ildə Nuxadakı “Mədəniyyət” mətbəəsində siyasi lirika janrında qələmə aldığı “Hər ürəkdə səbt olubdur: ya ölüm, ya Türkiyə!” adlı kitabçası çap olunub.

Rus şairlərindən İ.A.Krılovun, M.Y.Lermontovun və başqalarının şeirlərini azərbaycan dilinə tərcümə edib.

Vəfatı

1928-ci ildə – 55 yaşında, Bakıda vəfat edib.

Ədəbiyyat

  1. ƏFƏNDİYEV (Əfәndizadә) Abdulla bәy İsmayıl bәy oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 10 000; 600 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2018. —VIII  c. — Səh. ?. — ISBN 978-9952-441-13-0.
  2. Baxışov V. Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanında Nuxa qəzasını təmsil edən şəxslər (azərb.) // Ədalət : qəzet. — Bakı, 1918. — В. 8 iyun. — № 102. — Səh. 7. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 13 Nov 2018 - 1 Jul 2020.

Həmçinin, bax

Şablon:Yaxşı məqalə