Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

"Abdulməcid Əfəndiyev" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 48: Sətir 48:
 
7 fevral 1963-cü il tarixdə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərardadı ilə Abdulməcid Əfəndiyevin cinayət işi üzrə məhkəmə qərarları ləğv olunmuş, onun əməllərində cinayət tərkibi olmadığından, işin icraatına xitam verilmişdir.
 
“Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında” Azərbaycan Respublikasının 15 mart 1996-cı il tarixli Qanununun 2 və 5-ci maddələrinə əsasən, Əfəndiyev Abdulməcid Sıracəndin oğlu, onun həyat yoldaşı Kərimova Dövlət Fərəc qızı və bacısı Əfəndiyeva Almaz Abdulməcid qızı siyasi repressiya qurbanı hesab edilməklə təmizə çıxarılmış sayılmışlar.
+
“Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında” Azərbaycan Respublikasının 15 mart 1996-cı il tarixli Qanununun 2 və 5-ci maddələrinə əsasən, Əfəndiyev Abdulməcid Sıracəndin oğlu, onun həyat yoldaşı Kərimova Dövlət Fərəc qızı və qızı Əfəndiyeva Almaz Abdulməcid qızı siyasi repressiya qurbanı hesab edilməklə təmizə çıxarılmış sayılmışlar.

00:40, 11 iyun 2020 versiyası

Abdulməcid Əfəndiyev
Əfəndiyev Abdulməcid Sıracəddin oğlu
Abdulməcid Əfəndiyev
Abdulməcid Əfəndiyev, 1946-cı il
Doğum tarixi 1911(1911-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Nuxa, Nuxa qəzası, Bakı quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 29 yanvar 1948 (37 yaşında)
Vəfat yeri Sverdlovski vilayəti, Flag of the Russian Soviet Federative Socialist Republic (1954–1991).svg RSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
Hərbi fəaliyyəti
Rütbə kiçik-leytenant

Abdulməcid Əfəndiyev (Əfəndiyev Abdulməcid Sıracəddin oğlu; d.  1911-ci il, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası – ö.  29 yanvar 1948-ci il, Sverdlovsk vilayəti, RSFSR, SSRİ) – 1941-ci ildə kiçik-leytenant rütbəsi ilə sovet ordusunun minaaxtaran batalyonda xidmət etmiş, 1942-ci ildə almanlara əsir düşmüşdür. 1947-ci ildə sovet 4-cü ordusunun hərbi tribunalı tərəfindən 8 il müddətinə azadlıqdan məhrum edilib, 1948-ci ildə cəza çəkdiyi Sverdlovsk vilayətində, xəstəxanada vəfat edib. Ölümündən sonra – 1963-cü ildə, onun barəsində cinayət işinə xitam verilmişdir.

Haqqında məlumatlar

1911-ci ildə Nuxada anadan olub.

1936 – 1938 ci illərdə Nuxa şəhərində Kommunal Təsərrüfat İdarəsində prorab işləyib.

1941-ci ildə kiçik-leytenant rütbəsi ilə sovet ordusunun minaaxtaran batalyonda xidmət edib.

1942-ci ildə almanlara əsir düşüb.

29 yanvar 1947-ci il tarixdə sovet 4-cü ordusunun hərbi tribunalı onu RSFSR CM 58-1 «b» maddəsi ilə təqsiri bilərək 8 il müddətinə azadlıqdan məhrum edib.

28 yanvar 1948-ci ildə Sverdlovsk vilayətində vəfat edib.