Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

"Abdulqəni Qədirov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 61: Sətir 61:
  
 
===Xatirəsi===
 
===Xatirəsi===
 +
2004-cü ildə [[Şəki |Şəki şəhərindəki]] bir küçəyə adı verilib və həmin küçədə bir divara xatirə lövhəsi vurulub.
 +
 
[[Fayl:Abdulqəni_Qədirov_(xatirə_lövhəsi).jpg|350px|thumb|Abdulqəni Qədirov küçəsində xatirə lövhəsi və küçənin adını göstərən göstərici.]]
 
[[Fayl:Abdulqəni_Qədirov_(xatirə_lövhəsi).jpg|350px|thumb|Abdulqəni Qədirov küçəsində xatirə lövhəsi və küçənin adını göstərən göstərici.]]
 
[[Ramiz Orsər|Ramiz Orsərin]] 2018-ci ildə çap olunmuş şəkili şair və yazıçıların bioqrafik məlumatlarından və yaradıcılıqlarından nümunələrdən ibarət “[[Şəkidən gələn səslər]]” toplusunun I cildində qısa tərcümeyi-halı və 6 şeiri dərc edilib.
 
[[Ramiz Orsər|Ramiz Orsərin]] 2018-ci ildə çap olunmuş şəkili şair və yazıçıların bioqrafik məlumatlarından və yaradıcılıqlarından nümunələrdən ibarət “[[Şəkidən gələn səslər]]” toplusunun I cildində qısa tərcümeyi-halı və 6 şeiri dərc edilib.
 
2004-cü ildə [[Şəki |Şəki şəhərindəki]] bir küçəyə adı verilib və həmin küçədə bir divara xatirə lövhəsi vurulub.
 
  
 
== Ədəbiyyat ==
 
== Ədəbiyyat ==

13:33, 19 may 2022 versiyası

Əbdülqəni Qədirov
Qədirov Əbdülqəni Hüseyn oğlu
Əbdülqəni Qədirov
Əbdülqəni Qədirov.
Təxəllüsü Abdulqəni Zəyzidli; Abdul-Qəni Qədirov; Abdul Qəni
Doğum tarixi 18 fevral 1940(1940-02-18)
Doğum yeri Orta Zəyzid, Nuxa (indiki Şəki) rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfatı 13 mart 2001 (61 yaşında)
Dəfn yeri Orta Zəyzid kənd qəbiristanlığı, Şəki rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Uşağı Elçin Qədirov
Təhsili

 • Bakı Energetika Texnikumu,

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, jurnalistika fakültəsi

Əbdülqəni Qədirov (1940–2001) — tanınmış jurnalist-publisist və şair. Uzun müddət “Azərbaycan gəncləri” qəzetinin məsul katibi, bir müddət isə “Naxçıvan” qəzetinin baş redaktoru vəzifəsində çalışmışdır.

Haqqında məlumatlar

18 fevral 1940-cı il tarixdə Nuxa (indiki Şəki) rayonunun Orta Zəyzid kəndində anadan olub.

Təhsili

Orta Zəyzit orta məktəbini, Bakı Energetika Texnikumunu və S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

Əmək fəaliyyəti

Uzun illər “Azərbaycan gəncləri” qəzetinin redaksiyasında işləyib və qəzetin məsul katibi olub. Daha sonra “Naxçıvan” qəzetinin baş redaktoru vəzifəsində çalışıb. Ömrünün son illərində isə “Savalan” jurnalı ilə əməkdaşlıq edirdi.

Yaradıcı fəaliyyəti

Gənc yaşlarından başlayaraq “Abdulqəni Zəyzidli” təxəllüsü ilə, sonralar “Abdul Qəni” imzası ilə şeirlər yazıb.

Kitabları

  • Berlinə gedən yolda (oçerklər). - Bakı : Gənclik, 1971 . - 79 s.
  • Şirvanlı qız. - Bakı: Gənclik, 1973. - 34 s.
  • Sahil görüşləri. - Bakı: Gənclik, 1977. - 67 s.
  • Göz yaşını qurudaq. - Bakı: “Karat-R” mətəbəsi, 2003. - 94 s. (şeirlər toplusu, ölümündən sonra oğlu oğlu Elçin Qədirov çap etdirib).

Vəfatı

13 mart 2001-cü il tarixdə – 61 yaşında, vəfat edib. Orta Zəyzid kənd qəbiristanlığında dəfn olunub.

Xatirəsi

2004-cü ildə Şəki şəhərindəki bir küçəyə adı verilib və həmin küçədə bir divara xatirə lövhəsi vurulub.

Abdulqəni Qədirov küçəsində xatirə lövhəsi və küçənin adını göstərən göstərici.

Ramiz Orsərin 2018-ci ildə çap olunmuş şəkili şair və yazıçıların bioqrafik məlumatlarından və yaradıcılıqlarından nümunələrdən ibarət “Şəkidən gələn səslər” toplusunun I cildində qısa tərcümeyi-halı və 6 şeiri dərc edilib.

Ədəbiyyat

  1. Orsər R. Abdul Qəni // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 437-440. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.