Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Abdulqəni Qədirov

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 18:32, 5 may 2022 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Əbdülqəni Qədirov
Qədirov Əbdülqəni Hüseyn oğlu
Əbdülqəni Qədirov
Əbdülqəni Qədirov.
Təxəllüsü Abdulqəni Zəyzidli; Abdul-Qəni Qədirov; Abdul Qəni
Doğum tarixi 18 fevral 1940(1940-02-18)
Doğum yeri Orta Zəyzid, Nuxa (indiki Şəki) rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfatı 13 mart 2001 (61 yaşında)
Dəfn yeri Orta Zəyzid kənd qəbiristanlığı, Şəki rayonu, Flag of Azerbaijan.svg Azərbaycan
Uşağı Elçin Qədirov
Təhsili

 • Bakı Energetika Texnikumu,

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, jurnalistika fakültəsi

Əbdülqəni Qədirov (1940–2001) — tanınmış jurnalist-publisist və şair. Uzun müddət “Azərbaycan gəncləri” qəzetinin məsul katibi, bir müddət isə “Naxçıvan” qəzetinin baş redaktoru vəzifəsində çalışmışdır.

Haqqında məlumatlar

18 fevral 1940-cı il tarixdə Nuxa (indiki Şəki) rayonunun Orta Zəyzid kəndində anadan olub.

Təhsili

Orta Zəyzit orta məktəbini, Bakı Energetika Texnikumunu və S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

Əmək fəaliyyəti

Uzun illər “Azərbaycan gəncləri” qəzetinin redaksiyasında işləyib və qəzetin məsul katibi olub. Daha sonra “Naxçıvan” qəzetinin baş redaktoru vəzifəsində çalışıb. Ömrünün son illərində isə “Savalan” jurnalı ilə əməkdaşlıq edirdi.

Yaradıcı fəaliyyəti

Gənc yaşlarından başlayaraq “Abdulqəni Zəyzidli” təxəllüsü ilə, sonralar “Abdul Qəni” imzası ilə şeirlər yazıb.

Vəfatı

13 mart 2001-cü il tarixdə – 61 yaşında, vəfat edib. Orta Zəyzid kənd qəbiristanlığında dəfn olunub.

Xatirəsi

Ölümündən sonra “Göz yaşını qurudaq” adlı şeirlər toplusunu oğlu oğlu Elçin Qədirov çap etdirib.

Ramiz Orsərin 2018-ci ildə çap olunmuş şəkili şair və yazıçıların bioqrafik məlumatlarından və yaradıcılıqlarından nümunələrdən ibarət “Şəkidən gələn səslər” toplusunun I cildində qısa tərcümeyi-halı və 6 şeiri dərc edilib.

Şəki şəhərində bir küçəyə adı verilib.

Ədəbiyyat

  1. Orsər R. Abdul Qəni // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 437-440. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.