Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Abdulqəni Qədirov

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) (→‎Xatirəsi) tərəfindən edilmiş 13:49, 19 may 2022 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
..
Abdulqəni Qədirov
Qədirov Abdulqəni Hüseyn oğlu
Abdulqəni Qədirov
Abdulqəni Qədirov.

Abdulqəni Qədirov (1940–2001) — tanınmış jurnalist-publisist və şair. Uzun müddət “Azərbaycan gəncləri” qəzetinin məsul katibi, bir müddət isə “Naxçıvan” qəzetinin baş redaktoru vəzifəsində çalışmışdır.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

18 fevral 1940-cı il tarixdə Nuxa (indiki Şəki) rayonunun Orta Zəyzid kəndində anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

Orta Zəyzit orta məktəbini, Bakı Energetika Texnikumunu və S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

Uzun illər “Azərbaycan gəncləri” qəzetinin redaksiyasında işləyib və qəzetin məsul katibi olub. Daha sonra “Naxçıvan” qəzetinin baş redaktoru vəzifəsində çalışıb. Ömrünün son illərində isə “Savalan” jurnalı ilə əməkdaşlıq edirdi.

Yaradıcı fəaliyyəti[redaktə | HTML redaktə]

Gənc yaşlarından başlayaraq “Abdulqəni Zəyzidli” təxəllüsü ilə, sonralar “Abdul Qəni” imzası ilə şeirlər yazıb.

Kitabları[redaktə | HTML redaktə]

  • Berlinə gedən yolda (oçerklər). - Bakı : Gənclik, 1971 . - 79 s.
  • Şirvanlı qız. - Bakı: Gənclik, 1973. - 34 s.
  • Sahil görüşləri. - Bakı: Gənclik, 1977. - 67 s.
  • Göz yaşını qurudaq (şeirlər toplusu, ölümündən sonra oğlu oğlu Elçin Qədirov çap etdirib). - Bakı: “Karat-R” mətəbəsi, 2003. - 94 s.

Vəfatı[redaktə | HTML redaktə]

13 mart 2001-cü il tarixdə – 61 yaşında, vəfat edib. Orta Zəyzid kənd qəbiristanlığında dəfn olunub.

Xatirəsi[redaktə | HTML redaktə]

2004-cü ildə Şəki şəhərindəki bir küçəyə adı verilib və həmin küçənin başlağıcında divara xatirə lövhəsi vurulub.

Abdulqəni Qədirov küçəsində xatirə lövhəsi və küçənin adını göstərən göstərici.

Ramiz Orsərin 2018-ci ildə çap olunmuş şəkili şair və yazıçıların bioqrafik məlumatlarından və yaradıcılıqlarından nümunələrdən ibarət “Şəkidən gələn səslər” toplusunun I cildində qısa tərcümeyi-halı və 6 şeiri dərc edilib.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Orsər R. Abdul Qəni // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 437-440. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.

.