Abid Şərifov: Redaktələr arasındakı fərq

Şəki Ensiklopediyası səhifəsi
Redaktənin izahı yoxdur
Sətir 1: Sətir 1:
[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəkidən çıxmış görkəmli şəxslər]][[Kateqoriya:Şəkidən çıxmış dövlət xadimləri]]{{Dövlət xadimi
[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]][[Kateqoriya:Şəkidən çıxmış dövlət xadimləri]]{{Dövlət xadimi
  |adı                  = Abid Şərifov
  |adı                  = Abid Şərifov
  |tam adı              = ''Şərifov Abid Qoca oğlu''  
  |tam adı              = ''Şərifov Abid Qoca oğlu''  

16:52, 18 fevral 2021 versiyası

Abid Şərifov
Şərifov Abid Qoca oğlu
Abid Şərifov, Şəki 10 saylı məktəbdə, 2007-ci il.
bayraqAzərbaycan Respublikasının
Baş nazirinin müavini
bayraq
20 iyul 1995 — 21 aprel 2018
Şəxsi məlumatlar
Doğum tarixi 6 yanvar 1940 (1940-01-06) (84 yaş)
Doğum yeri Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ
Təhsili Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutu, mülki tikinti fakültəsi (– 1962)
Təltifləri "Oktyabr İnqilabı" ordeni"Şərəf Nişanı" ordeni"Şərəf" ordeni“Şöhrət” ordeni (Azərbaycan)"Gündoğar" ordeni 1 класса
Commonsda da Abid Şərifov ilə əlaqəli mediafayllar var

Abid Şərifov — tikinti sahəsi üzrə mütəxəssis və dövlət xadimi; 1995 – 2018-ci illərdə Azərbaycan Respublikası baş nazirinin müavini vəzifəsində çalışmışdır.

Haqqında məlumatlar

6 yanvar 1940-cı il tarixdə Nuxada anadan olub.

Təhsili

1957-ci ildə Nuxa şəhər 10 №-li orta məktəbini,

1962-ci ildə isə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun mülki tikinti fakültəsini bitirib.

Əmək fəaliyyəti

1962-ci ildə Bakı Baş Tikinti İdarəsində iş icraçısı, böyük iş icraçısı, texniki istehsalat şöbəsinin rəisi, baş mühəndis əvəzi,

1972-ci ildən isə 23 saylı tikinti idarəsinin rəisi vəzifəsində işləyib.

Daha sonralar Azərbaycan SSR Nazirlər Sovetinin əsaslı tikinti şöbəsində böyük referent, “Azərnəqliyyattikinti” trestinin rəisi,

1988-ci ildən "Azərnəqliyyatyoltikinti" Layihə-Sənaye Tikinti Birliyinin rəisi,

1991 – 1993-cü illərdə Türkiyədə Çerkesköy – Kapıkulu şəhərləri arasında dəmir yolunu elektrikləşdirən tikinti idarəsi rəisinin müavini,

1993-cü ildən “Azərnəqliyyatyoltikinti” Dövlət Şirkətinin prezidenti,

1995 – 2018-ci illərdə isə Azərbaycan Respublikası baş nazirinin müavini olub.

Ailəsi

Evlidir, 2 övladı var.

Təltif və mükafatları

Ədəbiyyat

Şablon:Yaxşı məqalə