Abid Şərifov — tanınmış dövlət xadimi, Azərbaycan Respublikası baş nazirinin sabiq müavini.

Abid Şərifov
Şərifov Abid Qoca oğlu
Abid Şərifov.
bayraqAzərbaycan Respublikasının
Baş nazirinin müavini
bayraq
20 iyul 1995 — 21 aprel 2018
Şəxsi məlumatlar
Doğum tarixi 6 yanvar 1940 (1940-01-06) (84 yaş)
Doğum yeri Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ
Həyat yoldaşı Şərifova Sədayə Yaqub qızı
Uşaqları Təranə və Elçin Şərifov (–2023)
Təhsili Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutu, mülki tikinti fakültəsi (–1962)
Təltifləri "Oktyabr İnqilabı" ordeni"Şərəf Nişanı" ordeni"Şərəf" ordeni“Şöhrət” ordeni (Azərbaycan)"Gündoğar" ordeni 1 класса
Adının digər versiyaları Abid Şerifov, Abid Şarifov, Abid Sherifov, Abid Sharifov, Абид Шерифов, Абид Шарифов, Абид Шәрифов
Commonsda da Abid Şərifov ilə əlaqəli mediafayllar var

Haqqında məlumatlar Redaktə

6 yanvar 1940-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili Redaktə

1957-ci ildə Nuxa şəhər M.Qorki adına 10 №-li orta məktəbini,

1962-ci ildə isə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun mülki tikinti fakültəsini bitirib.

Əmək fəaliyyəti Redaktə

1962-ci ildə Bakı Baş Tikinti İdarəsində iş icraçısı, böyük iş icraçısı, texniki istehsalat şöbəsinin rəisi, baş mühəndis əvəzi,

1972-ci ildən isə 23 saylı tikinti idarəsinin rəisi vəzifəsində işləyib.

Daha sonralar Azərbaycan SSR Nazirlər Sovetinin əsaslı tikinti şöbəsində böyük referent, “Azərnəqliyyattikinti” trestinin rəisi,

1988-ci ildən "Azərnəqliyyatyoltikinti" Layihə-Sənaye Tikinti Birliyinin rəisi,

1991 – 1993-cü illərdə Türkiyədə Çerkesköy – Kapıkulu şəhərləri arasında dəmir yolunu elektrikləşdirən tikinti idarəsi rəisinin müavini,

1993-cü ildən “Azərnəqliyyatyoltikinti” Dövlət Şirkətinin prezidenti,

1995 – 2018-ci illərdə isə Azərbaycan Respublikası baş nazirinin müavini olub.

Ailəsi Redaktə

Evlidir, 2 övladı var.

Təltif və mükafatları Redaktə

Ədəbiyyat Redaktə

  1. Məmmədov Ə., Xalıqov F. Şərifov Abid // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 525-526. — 1.000 nüsx.
  2. Mete Ə. Daim axtarışda... Tikmişəm ki, izim qala // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 249-251. — 500 nüsx.
  3. Bəşirov R., Hacıyev N. Şərifov Abid Qoca oğlu // Unudulmaz illər. — Bakı: “Qismət” mətbəəsi, 2007. — Səhifələrin sayı:  200. — Səh.: 170-176.
  4. Abid Şərifov // Məzunlar / Akif Əli (tərtibçi). — Bakı: Elm və təhsil, 2012. — Səhifələrin sayı:  356. — Səh.: 69-71. — ISBN 978-9952-8176-4-5.
  5. Şərifov Abid Qoca oğlu // Məzunlar / Akif Əli (tərtibçi). — Bakı: Elm və təhsil, 2012. — Səhifələrin sayı:  356. — Səh.: 235-242. — ISBN 978-9952-8176-4-5.