Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Abuzər Rəsulov

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 17:45, 17 sentyabr 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Abuzər Rəsulov
Rəsulov Abuzər Məmməd oğlu
Abuzər Rəsulov
Abuzər Rəsulov.
Doğum tarixi 16 dekabr 1907(1907-12-16)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 2001(2001-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00) (94 yaşında)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elmi dərəcəsi fizika-riyaziyyat elmləri doktoru
Elmi adı professor
Təhsili

 • Nuxa Müəllimlər Seminariyası (1921–1925)

 • V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu, fizika-riyaziyyat şöbəsi (1929–1932)
Mükafatları "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalıII dərəcəli "Vətən Müharibəsi" ordeni — 1985"Qırmızı Əmək Bayrağı" ordeni

Abuzər Rəsulov (1907–2001) — fizika-riyaziyyat elmləri doktoru, professor.

Haqqında məlumatlar

16 dekabr 1907-ci il tarixdə Nuxada (indiki Şəki), dəmirçi ailəsində anadan olub.

Təhsili

1915 – 1918-ci illərdə üçillik ibtidai məktəbdə oxuyub.

1920 – 1921-ci illərdə Nuxa nümunə-zəhmət məktəbində,

1921 – 1925-ci illərdə Nuxa Müəllimlər Seminariyasında,

1929 – 1932-ci illərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunu fizika-riyaziyyat şöbəsində təhsil alıb.

Əmək fəaliyyəti

1918 – 1920-ci illərdə atasının dəmirçi emalatxanasında işləyib.

1925-ci ildən Nuxa şəhər 10 №-li orta məktəbində ibtidai sinif müəllimi işləyib.

1926 – 1927-ci illərdə Nuxa şəhər birləşmiş məktəbin (7 nömrəli oğlan məktəbi ilə 8 nömrəli qız məktəbinin birləşməsi) müdiri olub.

1932 – 1934-cü illərdə Azsənaye Şurasının Nuxa Sənaye Texnikumunda fizika-riyaziyyat müəllimi vəzifəsində işləyib; 1934-cü ildə texnikum Bakıya köçürülüb.

1934 – 1937-ci illərdə Azneftin Neftayırma Texnikumunda fizika müəllimi vəzifəsində işləyib; eyni zamanda S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin ümumi fizika kafedrasında laborant vəzifəsində çalışıb.

1937 – 1941-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində assistent və baş müəllim,

1945 – 1952-ci illərdə eksperimental fizika kafedrasında baş müəllim,

1952 – 1978-ci illərdə molekulyar fizika kafedrasında dosent,

1978-ci ildən fizika fakültəsinin optika və molekulyar fizika kafedrasının professoru olub.

Elmi fəaliyyəti

1951-ci ildə “Özlü mayelərdə tərpənmiş dalğalarının yayılması” mövzusunda namizədlik,

1973-cü ildə isə “Rezinin deformasiya və quruluşu” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

Bir sıra jurnallarda 80-dən çox elmi, elmi-metodik məqalələri dərc olunub. Müxtəlif konfranslarda, seminarlarda 100-dən çox elmi məruzə ilə çıxış edib.

Böyük Vətən müharibəsində

1941-ci ilin noyabrında Bakı şəhər Caparidze Rayon Hərbi Komissarlığından orduya çağırılıb. Böyük Vətən müharibəsində (1941–1945) iştirak edib.

19 fevral 1945-ci il tarixdə baş leytenant hərbi rütbəsi ilə ordudan tərxis olunub.

Təltif və mükafatları

Vəfatı

2001-ci ildə – 94 yaşında, Bakıda vəfat edib.

İstinadlar

Ədəbiyyat

  1. Расулов Абузар Мамед-оглы : [arx. 19.07.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 18.07.2021.
  2. Расулов (Рассулов) Абузар Мамед-оглы (Мамедович) : [arx. 19.07.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 18.07.2021.
  3. Məmmədov Ə., Xalıqov F. Rəsulov Abuzər // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 468-470. — 1.000 nüsx.
  4. Mete Ə. Görkəmli fizik // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 230-232. — 500 nüsx.
  5. Şükürov R., Orsər R. Rəsulov Abuzər Məmməd oğlu // İşıq məbədi. — Bakı: İdeal-Print, 2010. — Səhifələrin sayı:  310. — Səh.: 189. — (Ş 4702060200). — 1.000 nüsx. — ISBN 978995244710.