Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Abuzər Rəsulov

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 14:11, 15 dekabr 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Abuzər Rəsulov
Abuzər Rəsulov Məmməd oğlu
Abuzər Rəsulov
Doğum tarixi 16 dekabr 1907(1907-12-16)
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan

Həyatı

Rəsulov Abuzər Məmməd oğlu 1907-ci ilin 16 dekabrında Şəki şəhərində dəmirçi ailəsində anadan olmuşdur. 1915-ci ildən 1918-ci ilə qədər üçillik ibtidai məktəbdə oxumuş və 1918-ci ildən 1920-ci ilə qədər atasının yanında dəmirçilik etmişdir.

İlk dəfə olaraq qız uşaqları ilə oğlan uşaqlarının birlikdə oxumalarının təlim-tərbiyə işini sınaqdan keçirmək ona tapşırılmışdı. O zaman maarif şöbəsinə və maarif komissarlığına yazılmış hesabatlarda qeyd olunmuşdur ki, qız və oğlan uşaqlarının birlikdə oxumalarının təlim – tərbiyə işinə və birlik səviyyələrinin yüksəlməsinə müsbət təsiri vardır.

Haqqında məlumatlar

16 dekabr 1907-ci il tarixdə Nuxada anadan olub.

Təhsili

1920 – 1921-ci illərdə Nuxa nümunə-zəhmət məktəbində,

1921 – 1925-ci illərdə Nuxa Müəllimlər Seminariyasında,

1929 – 1932-ci illərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunu fiaika-riyaziyyat şöbəsində təhsil alıb.

Əmək fəaliyyəti

1925-ci ildən Nuxa şəhər 10 №-li orta məktəbində ibtidai sinif müəllimi işləyib.

1926 – 1927-ci illərdə Nuxa şəhər birləşmiş məktəbin (7 nömrəli oğlan məktəbi ilə 8 nömrəli qız məktəbinin birləşməsi) müdiri olub.

1932 – 1927-ci illərdə Azsənaye Şurasının Nuxa Sənaye Texnikumunda fizika-riyaziyyat müəllimi,

1932 – 1927-ci illərdə Azneftin Neftayırma Texnikumunda fizika müəllimi vəzifəsində işləyib; eyni zamanda S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin ümumi fizika kafedrasında laborant vəzifəsində çalışıb.

1937 – 1941-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində assistent və baş müəllim vəzifələrini icra etmişdir


1937-ci ildən 1941-ci ilə qədər universitetdə assistent və baş müəllim vəzifələrini icra etmişdir. Bu müddət ərzində O, fizika fənninin səmərəli keçirilməsi üçün ən vacib olan müxanika laboratoriyasının, molekulyar fizika, elektrik və optika laboratoriyalarının, eləcə də, fizikadan nümayiş “müzeyinin” təşkilində əsaslı işlər görmüşdür. 1941-ci ilin nboyabr ayından 1944-cü ilin avqust ayına kimi ordu sıralarında olmuşdur. Tərxis olduqdan sonra 1945-ci ilin mart ayından 1952-ci ilə qədər Bakı Dövlət Universitetinin Eksperimental fizika kafedrasında baş müəllim və 1952-ci ildən 1978-ci ilə qədər Molekulyar fizika kafedrasında dosent, 1978-ci ildən fizika fakültəsinin Optika və molekulyar fizika kafedrasının professoru vəzifəsində işləyir. Professor A.M. Rəsulovun müxtəlif jurnallarda 80-dən çox elmi, elmi-metodik məqalələri dərc olunmuşdur. O, Müxtəlif konfranslarda, seminarlarda 100-dən çox elmi məruzə ilə çıxış etmişdir. 1958-ci ildə nəşr olunmuş “Ali məktəblər üçün fizikadan laboratoriya işlərinə rəhbərlik” tədris vəsaitinin əsas müəlliflərindən biridir. 1986-cı ildə “Maarif” nəşriyyatı tərəfindən professor A.M. Rəsulovun “Optikadan laboratoriya işlərinə rəhbərlik” ı tədris vəsaiti buraxılmışdır. Professor A.M. Rəsulov universitetin ictimai həyatında yaxından iştirak etmişdir. O, bir çox orden, medal və döş nişanları ilə təltif olunmuşdur.

A.M. Rəsulov 2001-ci ildə vəfat etmişdir.


Elmi adları

A.M. Rəsulov 1951-ci ildə “Özlü mayelərdə tərpənmiş dalğalarının yayılması” mövzusunda fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə, 1973-cü ildə isə “Rezinin deformasiya və quruluşu” mövzusunda apardığı çox mürəkkəb, nəzəri və praktiki əhəmiyyətə malik doktorluq dissertasiyasını müdafiə etmiş və texnika elmləri doktoru adına layiq görülmüşdür.

Mənbə

Ənvər Mete "O torpağın övladları", Bakı, "Nurlan", 2006, səh.230-232.