Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Acınohur öndağlığı

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 15:25, 3 yanvar 2022 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search

Acınohur öndağlığı — Azərbaycan Respublikası ərazisində, Böyük Qafqazın cənub ətəklərində, Qanıx-Əyriçay çökəkliyi ilə Kür-Araz ovalığı arasındadır. Qərbdə Qanıx, şərqdə Girdiman çaylarının dərələri ilə sərhədlənir. Uzunluğu 150 km, eni 20 – 30 km, hündürlüyü 1100 m-ə qədərdir. Acınohur öndağlığı antiklinal silsilə və tirələrdən (Daşüz, Bozdağ, Axar-Baxar, Qaraməryəm və s.), onları bir-birindən ayıran çökəklik və dərələrdən (Sarıca, Acınohur və s.) ibarətdir. Əsasən, Neogen və Antropogen sistemlərinin çaqıl daşı, qum, qumdaşı, gil və gillicələrindən təşkil olunmuşdur. Tikinti materialları ilə zəngindir. Qışı quraq keçən mülayim-isti quru çöl və yarımsəhra iqlimi var. İllik yağıntı 300 – 600 mm-dir. Ərazi Əlican, Türyan, Göyçay və s. çaylarla parçalanmışdır. Şabalıdı, dağ boz-qəhvəyi, şorakətvarı boz-qonur və s. torpaqlar, quru çöl və yarımsəhra bitkiləri, kserofit kolluqlar yayılmışdır. Ardıc, saqqızağacı, qızılağac, söyüd ağaclarından ibarət seyrək arid meşələri var. Heyvanları: ceyran, çöldonuzu, tülkü, dovşan, kəklik, turac və s. Acınohur öndağlığı ərazisində neft və qaz aşkar edilmişdir.

Həmçinin, bax:[redaktə | HTML redaktə]

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Acınohur öndağlığı // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 10 000; 608 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2009. —I  c. — Səh. 69. — ISBN 978-9952-441-02-4.