Adil Hacıyev: Redaktələr arasındakı fərq

Şəki Ensiklopediyası səhifəsi
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 32: Sətir 32:
  |Commons          =  
  |Commons          =  
}}
}}
'''Adil Hacıyev''' ({{dil-ru|Гаджиев Адил Али оглы}} {{d.}}12 iyun 1933-cü ildə, [[Nuxa]], [[Nuxa rayonu]], Azərbaycan SSR, ZSFSR, SSRİ – {{ö.}}19 yanvar 2017-ci ildə, Moskva, Rusiya Federasiyası) – azərbaycanlı inşaat mühəndisi, əvvəl Bakıdakı (1958-ci ildən), sonra isə Moskvadakı (1959-cu ildən) tikinti idarələrində müxtəlif vəzifələrdə, o cümlədən rəhbər vəzifələrdə çalışmış, bir sıra orden-medallarla, o cümlədən, «Moskvanın fəxri inşaatçısı» döş nişanı ilə təltif olunmuşdur. 2 dəfə Moskva şəhər Xalq Deputatları Sovetinin, 8 dəfə isə Moskva şəhər Voroşilov rayon Xalq Deputatları Sovetinin deputatı olub.
'''Adil Hacıyev''' ({{dil-ru|Гаджиев Адил Али оглы}} {{d.}}12 iyun 1933-cü ildə, [[Nuxa]], [[Nuxa rayonu]], Azərbaycan SSR, ZSFSR, SSRİ – {{ö.}}19 yanvar 2017-ci ildə, Moskva, Rusiya Federasiyası) – azərbaycanlı inşaat mühəndisi, əvvəl Bakıdakı (1958-ci ildən), sonra isə Moskvadakı (1969-cu ildən) tikinti idarələrində müxtəlif vəzifələrdə, o cümlədən rəhbər vəzifələrdə çalışmış, bir sıra orden-medallarla, o cümlədən, «Moskvanın fəxri inşaatçısı» döş nişanı ilə təltif olunmuşdur. 2 dəfə Moskva şəhər Xalq Deputatları Sovetinin, 8 dəfə isə Moskva şəhər Voroşilov rayon Xalq Deputatları Sovetinin deputatı olub.


==Haqqında məlumatlar==
==Haqqında məlumatlar==

23:37, 19 iyul 2020 versiyası

Adil Hacıyev
rus.: Гаджиев Адил Али оглы
Adil Hacıyev
Adil Hacıyev, 1995-ci il
Doğum tarixi 12 iyun 1933(1933-06-12)
Doğum yeri Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 19 yanvar 2017 (83 yaşında)
Vəfat yeri Moskva, Rusiya
Vətəndaşlıq SSRİ Rusiya
Təhsili Azərbaycan Politexnik İnstitutu (1951 – 1955)
Mükafatları

"Şərəf Nişanı" ordeni"Əmək veteranı" medalıVladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı

Adil Hacıyev (rus.: Гаджиев Адил Али оглы d. 12 iyun 1933-cü ildə, Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ – ö. 19 yanvar 2017-ci ildə, Moskva, Rusiya Federasiyası) – azərbaycanlı inşaat mühəndisi, əvvəl Bakıdakı (1958-ci ildən), sonra isə Moskvadakı (1969-cu ildən) tikinti idarələrində müxtəlif vəzifələrdə, o cümlədən rəhbər vəzifələrdə çalışmış, bir sıra orden-medallarla, o cümlədən, «Moskvanın fəxri inşaatçısı» döş nişanı ilə təltif olunmuşdur. 2 dəfə Moskva şəhər Xalq Deputatları Sovetinin, 8 dəfə isə Moskva şəhər Voroşilov rayon Xalq Deputatları Sovetinin deputatı olub.

Haqqında məlumatlar

12 iyun 1933-cü il tarixdə Nuxada anadan olub.

1941 – 1951-ci illərdə M.Qorki adına 10-li Nuxa şəhər məktəbində oxuyub.

1951 – 1955-ci illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil alıb.

Əmək fəaliyyəti

1955 – 1957-ci illərdə Lvov şəhərində hərbi xidmətdə olarkən orada SSRİ Müdafiə Nazirliyinin 98 №-li hərbiləşdirilmiş inşaat trestində kiçik mühəndis vəzifəsində işləyib.

1957 – 1969-cu illərdə əvvəl Bakı Dövlət Layihə İnstitutunda (rus.: Бакинский Государственный Проектный Институт (Бакгипрогор)) mühəndis, daha sonra Bakı Baş Tikinti idarəsində mühəndis, sahə rəisi, baş mühəndis və s. vəzifələrdə işləmiş, o cümlədən (Главбакстрой) 1-ci inşaat idarəsinin (Su-1) rəisi olmuşdur.

1969 – 1993-cü illərdə Moskvadakı tikinti idarələrində müxtəlif vəzifələrdə, o cümlədən rəhbər vəzifələrdə işləmiş, uzun müddət “Mosstroy-34” tikinti idarəsinin baş direktoru olmuşdur.

Mükafatları

İstifadə edilmiş mənbələr

  • "О награждении нагрудным знаком "Почетный строитель Москвы"". http://docs.cntd.ru (русский). docs.cntd.ru. 23 Jul 2018 tarixində arxivləşdirilib.