Adil Hacıyev (1933–2017) — tanınmış inşaat mühəndisi; 1958-ci ildən Bakıdakı, 1969-cu ildən sonra isə Moskvadakı tikinti idarələrində müxtəlif vəzifələrdə, o cümlədən rəhbər vəzifələrdə çalışmış, bir sıra orden-medallarla, o cümlədən, «Moskvanın fəxri inşaatçısı» döş nişanı ilə təltif olunmuşdur. 2 dəfə Moskva şəhər sovetinin, 8 dəfə isə Moskva şəhər Voroşilov rayon sovetinin deputatı seçilib.

Adil Hacıyev
Hacıyev Adil Əli oğlu
rus.: Гаджиев Адил Али оглы
Adil Hacıyev
Adil Hacıyev, 1995-ci il.
Doğum tarixi 12 iyun 1933(1933-06-12)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 18 yanvar 2017 (83 yaşında)
Vəfat yeri Moskva, Flag of Russia.svg Rusiya
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Russia.svg Rusiya
Təhsili Azərbaycan Politexnik İnstitutu (1951–1955)
Mükafatları Почетный строитель города Москвы.png
Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı“Rusiya Həmkarlar İttifaqının 100 illiyi” medalı

Haqqında məlumatlar

12 iyun 1933-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1941 – 1951-ci illərdə Nuxa şəhər M.Qorki adına 10-li orta məktəbində,

1951 – 1955-ci illərdə isə Azərbaycan Politexnik İnstitutunda təhsil alıb.

Əmək fəaliyyəti

1955 – 1957-ci illərdə Lvov şəhərində hərbi xidmətdə olarkən orada SSRİ Müdafiə Nazirliyinin 98 №-li hərbiləşdirilmiş inşaat trestində kiçik mühəndis vəzifəsində işləyib.

1957 – 1969-cu illərdə əvvəl Bakı Dövlət Layihə İnstitutunda (rus.: Бакинский Государственный Проектный Институт (Бакгипрогор)) mühəndis, daha sonra Bakı Baş Tikinti idarəsində mühəndis, sahə rəisi, baş mühəndis və s. vəzifələrdə işləmiş, o cümlədən (Главбакстрой) 1-ci inşaat idarəsinin (Su-1) rəisi olmuşdur.

1969 – 1993-cü illərdə Moskvadakı tikinti idarələrində müxtəlif vəzifələrdə, o cümlədən rəhbər vəzifələrdə işləmiş, uzun müddət “Mosstroy-34” tikinti idarəsinin baş direktoru olmuşdur.

Mükafatları

Vəfatı

18 yanvar 2017-ci il tarixdə – 83 yaşında, Moskvada vəfat edib. Moskvada da dəfn olunub.

Ədəbiyyat

  1. "О награждении нагрудным знаком "Почетный строитель Москвы"". http://docs.cntd.ru (русский). docs.cntd.ru. 23 Jul 2018 tarixində arxivləşdirilib.