Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

"Adil Qəribov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 20: Sətir 20:
 
  |Anası                =
 
  |Anası                =
 
  |Elm sahəsi            =  
 
  |Elm sahəsi            =  
  |Elmi dərəcəsi        = kimya elmləri doktoru
+
  |Elmi dərəcəsi        = kimya elmləri doktoru
  |Elmi adı              =
+
  |Elmi adı              = professor
 
  |İş yeri              = Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Milli Nüvə Tədqiqatları Mərkəzi, sədr
 
  |İş yeri              = Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Milli Nüvə Tədqiqatları Mərkəzi, sədr
 
  |Alma-mater            = <!--Qədim təhsil ocaqları-->
 
  |Alma-mater            = <!--Qədim təhsil ocaqları-->

21:17, 17 yanvar 2021 versiyası

Adil Qəribov
Qəribov Adil Abdulxalıq oğlu
Adil Qəribov
Adil Qəribov.
Doğum tarixi 28 mart 1950(1950-03-28)
Doğum yeri İbrahimkənd, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
İş yeri Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Milli Nüvə Tədqiqatları Mərkəzi, sədr
Elmi dərəcəsi kimya elmləri doktoru
Elmi adı professor
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, kimya fakültəsi
Üzvlüyü AMEA-nın həqiqi üzvü
Mükafatları "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı — 2005
“Şöhrət” ordeni (Azərbaycan) — 2020

Adil Qəribov — kimya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvi, Azərbaycan Respublikasının əməkdar elm xadimi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri.

Haqqında məlumatlar

28 mart 1950-ci il tarixdə Nuxa rayonunun İbrahimkənd kəndində anadan olub.

Təhsili

1966-cı ildə orta məktəbi gümüş medаlla bitirib.

1966 — 1972-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin kimya fakultəsində,

1972 — 1976-cı illərdə isə Azərbaycan SSR Elmlər Akademiyasının Radiasiya Tədqiqatları Sektorunun aspiranturasında təhsil alıb.

Əmək fəaliyyəti

1990 – 2001-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyası/Azərbaycan Milli Elmlər Akademiyası Radiasiya Tədqiqatları Sektorunda işləmiş,

1977 – 1978-ci illərdə mühəndis,

1978 – 1980-cı illərdə kiçik elmi işçi,

1980 – 1990-cı illərdə isə baş elmi işçi,

1990 – 1995-ci illərdə Heterogen sistemlərin radiasiya kimyası qrupunun rəhbəri,

1990 – 1995-ci illərdə Heterogen sistemlərin radiasiya kimyası laboratoriyasının rəhbəri olmuşdur.

2002 – 2014-cü illərdə AMEA Radiasiya Problemləri İnstitutunun direktoru vəzifəsində çalışıb.

2014-cü ildən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Milli Nüvə Tədqiqatları Mərkəzinin sədridir.

Elmi fəaliyyəti

1979-cu ildə “Seolit və seolit tərkibli krekinq katalizatorlarına ionlaşdırıcı şüaların təsiri” mövzusunda namizədlik dissertasiyasını,

1995-ci ildə isə “Oksid və metal-oksid sistemlərinin səthində maddənin radiasiya-katalitik parçalanması proseslərində enerji daşınmasının qanunauyğunluqları” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

1998-ci ildə professor elmi adını alıb.

2007-ci ildə radiasiya kimya ixtisası üzrə AMEA–nın müxbir üzvü,

2014-cü ildə isə həqiqi üzvü seçilib.

Elmi nəşrlərdə 324 məqaləsi dərc olunub.

İxtiralarına görə 31 müəlliflik şəhadətnaməsi alıb.

12 elmlər namizədinin, 2 elmlər doktorunun elmi rəhbəri olub.

Təltif və mükafatları

Ailəsi

Evlidir, 2 qızı, 1 oğlu var.

Ədəbiyyat

"MNTM haqqında:Sədr". http://www.mntm.az/ (azərb.). Milli Nüvə Tədqiqatları Mərkəzi. 27 Feb 2017 – 3 Jul 2020 tarixində arxivləşdirilib. Şablon:Yaxşı məqalə