Adil Qəribov

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (müzakirə | redaktələr) tərəfindən edilmiş 00:48, 29 mart 2020 tarixli redaktə
Adil Qəribov
az.: Fəxrəddin Əbülfət oğlu Qədirov
Adil Qəribov
Doğum tarixi 28 mart 1950(1950-03-28)
Doğum yeri Şəki
Azərbaycan SSR
SSRİ
Vətəndaşlıq SSRİ
Azərbaycan
Milliyyəti azərbaycanlı
Elmi dərəcəsi kimya elmləri doktoru
Təhsili Azərbaycan Dövlət Universiteti

Adil Qəribov (Adil Əbdulxaliq (Abdulxalıq) oğlu Qəribov, d. 28 mart, 1950) — AMEA-nın həqiqi üzvi – akademik, kimya elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi.

Həyatı

Qəribov Adil 28 mart 1950-ci ildə Nuxa rayonunun İbrahimkənd kəndində anadan olub. 1966-cı ildə orta məktəbi gümüş medаlla başa vuraraq Azərbaycan Dövlət Universitetinin “Fiziki kimya” fakultəsinə daxil olub.

1972-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirib.

1972-1976-cı illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Radiasiya tədqiqatları sektorunda aspirantura təhsili alıb.

1977 – 1978-ci illərdə Radiasiya Tədqiqatlar sektorunda mühəndis işləyib.

1978 – 1980-cı illərdə kiçik, daha sonra 1980-1990-cı illərdə baş elmi işçi kimi çalışıb.

1979-cu ildə “Seolit və tərkibində seolit olan katalızatorlara qamma şüalarının təsirinin tədqiqi” mövzusunda namizədlik, 1995-ci ildə “Oksid və metal-oksid sistemlərinin səthində maddələrin radiasiya katalitik parçalanma proseslərində enerji ötürülməsinin qanunauyğunluqları” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib.

1990-1995-ci illərdə “Müxtəlifnövlü sistemlərin radiasion kimyası” qrupunun rəhbəri olub.

1998-ci ildə professor elmi adını alıb.

1995-2001-ci illərdə “Müxtəlifnövlü sistemlərin radiasiya kimyası” laboratoriyası AMEA Radiasiya Tədqiqatlar sektorunun rəhbəri olub.

2002-ci ildə iş yeri AMEA Radiasiya Problemləri İnstitutuna dəyişdirilib və institutun direktoru olub.

2005-ci ild tarixdə Əməkdar Elm Xadimi adına layiq görülüb.

2007-ci ildən AMEA–nın Radiasiya Kimya ixtisası üzrə müxbir üzvü seçilib.

2007-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib.

2020-ci ildə “Şöhrət” ordeninə layiq görülüb.

Mənbə

Akademik Adil Qəribovun 70 yaşı tamam olur (www.science.az ).