Adil Qəribov — kimya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvi, Azərbaycan Respublikasının əməkdar elm xadimi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri.

Adil Qəribov
Qəribov Adil Abdulxalıq oğlu
Adil Qəribov
Adil Qəribov.
Doğum tarixi 28 mart 1950(1950-03-28)
Doğum yeri İbrahimkənd, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq SSRİ Azərbaycan
İş yeri Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Milli Nüvə Tədqiqatları Mərkəzi, sədr
Elmi dərəcəsi kimya elmləri doktoru
Elmi adı professor
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, kimya fakültəsi
Üzvlüyü AMEA-nın həqiqi üzvü
Mükafatları "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı — 2005
“Şöhrət” ordeni (Azərbaycan) — 2020

Haqqında məlumatlar Redaktə

28 mart 1950-ci il tarixdə Nuxa rayonunun İbrahimkənd kəndində anadan olub.

Təhsili Redaktə

1966-cı ildə Kiçik Dəhnə kənd orta məktəbini gümüş medalla bitirib.

1966 — 1972-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində,

1972 — 1976-cı illərdə isə Azərbaycan SSR Elmlər Akademiyasının Radiasiya Tədqiqatları Sektorunun aspiranturasında təhsil alıb.

Əmək fəaliyyəti Redaktə

1990 – 2001-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyası/Azərbaycan Milli Elmlər Akademiyası Radiasiya Tədqiqatları Sektorunda işləmiş,

1977 – 1978-ci illərdə mühəndis,

1978 – 1980-cı illərdə kiçik elmi işçi,

1980 – 1990-cı illərdə isə baş elmi işçi,

1990 – 1995-ci illərdə Heterogen sistemlərin radiasiya kimyası qrupunun rəhbəri,

1990 – 1995-ci illərdə Heterogen sistemlərin radiasiya kimyası laboratoriyasının rəhbəri olmuşdur.

2002 – 2014-cü illərdə AMEA Radiasiya Problemləri İnstitutunun direktoru vəzifəsində çalışıb.

2014-cü ildən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Milli Nüvə Tədqiqatları Mərkəzinin sədridir.

Elmi fəaliyyəti Redaktə

1979-cu ildə “Seolit və seolit tərkibli krekinq katalizatorlarına ionlaşdırıcı şüaların təsiri” mövzusunda namizədlik dissertasiyasını,

1995-ci ildə isə “Oksid və metal-oksid sistemlərinin səthində maddənin radiasiya-katalitik parçalanması proseslərində enerji daşımasının qanunauyğunluqları” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

1998-ci ildə professor elmi adını alıb.

2007-ci ildə radiasiya kimya ixtisası üzrə AMEA-nın müxbir üzvü,

2014-cü ildə isə həqiqi üzvü seçilib.

Elmi nəşrlərdə 324 məqaləsi dərc olunub.

İxtiralarına görə 31 müəlliflik şəhadətnaməsi alıb.

12 elmlər namizədinin, 2 elmlər doktorunun elmi rəhbəri olub.

Təltif və mükafatları Redaktə

Ailəsi Redaktə

Evlidir, 2 qızı, 1 oğlu var.

Ədəbiyyat Redaktə

  1. Məmmədov Ə., Xalıqov F. Qəribov Adil // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 334-336. — 1.000 nüsx.
  2. "Həqiqi üzvlər:Qəribov Adil Abdulxalıq oğlu". http://www.science.gov.az (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 17 Nov 2015 – 20 Sep 2020 tarixində arxivləşdirilib.
  3. "MNTM haqqında:Sədr". http://www.mntm.az/ (azərb.). Milli Nüvə Tədqiqatları Mərkəzi. 27 Feb 2017 – 3 Jul 2020 tarixində arxivləşdirilib.