Afaq Rəşidova

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.
Şəki Ensiklopediyası səhifəsi
Afaq Rəşidova
Rəşidova Afaq Məmməd qızı
Afaq Rəşidova
Afaq Rəşidova.
Doğum tarixi 24 fevral 1956 (1956-02-24) (68 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq SSRİ Azərbaycan
Elm sahəsi biologiya
İş yeri AMEA akademik A.İ.Qarayev adına Fiziologiya İnstitutu, ontogenezin biokimyası laboratoriyası (laboratoriya müdiri)
Elmi dərəcəsi biologiya üzrə fəlsəfə doktoru
Elmi adı dosent
Təhsili V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu, biologiya fakültəsi (–1977)

Afaq Rəşidova — biologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA akademik A.İ.Qarayev adına Fiziologiya İnstitutunun ontogenezin biokimyası laboratoriyasının müdiri.

Haqqında məlumatlar[Vizual redaktə | HTML redaktə]

24 fevral 1956-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

1961-ci ildə ailəvi Bakıya köçüblər.

Təhsili[Vizual redaktə | HTML redaktə]

1977-ci ildə Nəsrəddin Tusi adına V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun biologiya fakültəsini bitirib.

Əmək fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

1977 – 1998-ci illərdə Azərbaycan SSR EA/AMEA Fizika İnstitutunun molekulyar biologiya və molekulyar genetika bölməsinin tibbi-biokimyəvi genetika laboratoriyasında işləyib; o cümlədən,

1977 – 1982-ci illərdə baş laborant,

1982 – 1994-ci illərdə kiçik elmi işçi,

1994 – 1998-ci illərdə isə böyük elmi işçi vəzifəsini tutub.

1998-ci ildən AMEA akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun əməkdaşıdır; o cümlədən,

1998-ci ildə müqayisəli və yaş neyrokimyası laboratoriyasında böyük elmi işçi,

1998 – 2008-ci illərdə sinir sisteminin energetik mübadilə fermentləri yaradıcı sektorunda böyük elmi işçi,

2008 – 2021-ci illərdə isə ontogenezin biokimyası laboratoriyasında aparıcı elmi işçi,

2021-cı ildən ontogenezin biokimyası laboratoriyasının müdiri vəzifəsini tutub.

Elmi fəaliyyəti[Vizual redaktə | HTML redaktə]

1992-ci ildə Moskva şəhərindəki (Rusiya Federasiyası) Hematologiya və Qanköçürmə İnstitutunda biokimya ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə edib.

2007-ci ildə dosent elmi adını alıb.

2012-ci ildə biokimya ixtisası üzrə doktorluq dissertasiyasının mövzusu Problem Şurasında qeydiyyatdan keçmiş və təsdiqlənmişdir. Doktorluq dissertasiyası üzərində işləyir və onu tamamlamaq ərəfəsindədir.

100-dən artıq elmi əsərin müəllifidir. Onlardan 1-i tam fəsil kitabda (ABŞ-da), 7 məqaləsi isə xaricdə (Avstriya, Türkiyə, Polşa, Ukrayna, Rusiya) nüfuzlu jurnallarda çap olunaraq impakt faktora malikdirlər. Çoxsaylı məqalə və tezisləri ABŞ, İtaliya, İspaniya, Türkiyə, Gürcüstan, Ukrayna, Rusiya, Moldova, Avstriya, Polşa, İran və s. ölkələrdə nəşr olunub. Apardığı işlərin nəticəsi kimi müxtəlif enzim və hemoqlobinopatiyaların biokimyəvi və molekulyar əsasları, etnik xüsusiyyətləri, yayılması, biokimyəvi mexanizminin öyrənilməsi, sensor impulsasiyaların çatışmaması şəraitində və zülal açlığı zamanı postnatal ontogenezdə transaminaza ferment qrupu, qlükoza mübadiləsinin tənzimləyici fermentlərinin və zülalın, eyni ilə neft mənşəli bəzi toksiki maddələrin, elektromaqnit dalğaları ilə qeyri-ionlaşdırıcı şüalanmanın və hipoksiyanın baş beyin qabığının müxtəlif nahiyələrində, hipotalamusda və beyincikdə energetik mübadiləyə təsiri dinamikasına aid maraqlı nəticələr alıb və elmi tədqiqatlarla sübuta yetirmişdir.

4 Beynəlxalq və yerli qrant layihəsinin fəal icraçısı olub (ABŞ, Azərbaycan). Bununla bərabər Beynəlxalq və Respublika elmi konqreslərin, simpoziumların, konfransların işində iştirak edib, sertifikatlarla təltif olunub.

İctimai fəallığı[Vizual redaktə | HTML redaktə]

  • MDB ölkələrinin Fizioloqlar cəmiyyətinin üzvüdür.
  • AMEA akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun nəzdində biokimya ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün fəaliyyət göstərən şuranın üzvüdür.
  • AMEA akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun “Fiziologiya” jurnalının redaksiya heyətinin üzvüdür.

Mükafatları[Vizual redaktə | HTML redaktə]

«Gənc alimlərin və mütəxəssislərin elmi konfransında ən yaxşı elmi-tədqiqat işi üçün» diplom (1991).

Ailəsi[Vizual redaktə | HTML redaktə]

Oğlu – Ülvi Rəşid, 1986 il təvəllüdlü, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu, Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü, “Золотой резерв нефтегаза-2008” Beynəlxalq layihənin qalibidir. 2018-ci ildə ABŞ-ın Karnegi Mellon Universitetinin (Pensilvaniya ştatı, Pittsburq şəhəri) magistraturasını uğurla bitirmiş, ABŞ-ın Kaliforniya Ştatına dəvət olunmuş və hal-hazırda orada fəaliyyət göstərir.

Rəşidovların nəsil şəcərəsi[Vizual redaktə | HTML redaktə]

Rəşidovların nəsil şəcərəsi

Rəşidovların nəsil şəcərəsi[Vizual redaktə | HTML redaktə]

 
 
 
 
 
 
 
 
Telli bəyim Cəfər ağa qızı Şəkixanova
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Mirzə Həmid bəy (polkovnik)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Həmid bəy
 
Mürsəl bəy
 
Mələksima
(Qönçə)
 
 
 
 
 
 
 
 
 
 
İsmayıl Rəşidov
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Həmid
 
Mirzə Həmid
 
Münəvvər Rəşidova (Qaragözova)
 
Məmməd İsmayıl oğlu Rəşidov
 
Əhməd Rəşidov
 
Fəridə Rəşidova
 
Səyyarə Rəşidova
 
Hüseyn Kazımov
 
Lətafət Rəşidova
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Rəna Rəşidova
 
Rəşad Rəşidov
 
Şəmsa Rəşidova
 
Namiq
Rəşidov
 
Mübariz
Rəşidov
 
Səadət Zeynalova
 
Afaq Rəşidova
 
Azər Rəşidov
 
Rəşidov İlkin
 
Tamella Məmmədova
 
Tofiq Kazımov
 
Elmira Rəcəbova

Şəkillər[Vizual redaktə | HTML redaktə]

Ədəbiyyat[Vizual redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. Рашидова Афаг Мамед кызы // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 462-463. — 1.000 nüsx.
  2. "Fiziologiya İnstitutunun fəlsəfə doktorları/Rəşidova Afaq Məmməd qızı". http://www.science.gov.az/ (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 6 Apr 2017 – 10 Feb 2020 tarixində arxivləşdirilib.