Akif Salam

Aydinsalis (Müzakirə | töhfələr) (→‎Ədəbiyyat) tərəfindən edilmiş 19:45, 14 sentyabr 2021 tarixli dəyişiklik

Akif SalamAzərbaycan Respublikasının əməkdar jurnalisti, “Şəki” qəzetinin baş redaktoru, millət vəkili Cavanşir Feyziyevin köməkçisi.

Akif Salam
Salamov Akif Salam oğlu
Akif Salam
Akif Salam.
Doğum tarixi 24 iyul 1950 (1950-07-24) (73 yaş)
Doğum yeri Kiçik Dəhnə, Nuxa (indiki Şəki) rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti), jurnalistika fakültəsi (–1972)

 • Bakı Ali Partiya Məktəbi (1983–1986)
Mükafatları "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı
"Tərəqqi" medalı

Haqqında məlumatlar

24 iyul 1950-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Kiçik Dəhnə kəndində anadan olub.

Təhsili

1967-ci ildə Kiçik Dəhnə kənd orta məktəbini,

1972-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsini bitirib.

1983 – 1986-cı illərdə Bakı Ali Partiya Məktəbində qiyabi təhsil alıb.

Əmək fəaliyyəti

1972-ci ildən “Şəki fəhləsi”/“Şəki” qəzetinin redaksiyasında işləyir,

1992-ci ildən isə həmin qəzetin baş redaktorudur.

2010-cu ildən həm də millət vəkili Cavanşir Feyziyevin köməkçisi vəzifəsində çalışır.

Təltif və mükafatları

Ictimai-siyasi aktivliyi

YAP-ın üzvüdür.

Ailəsi

Ailəlidir, beş övladı var.

Ədəbiyyat

  1. Orsər R. Akif Salam // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 531-534. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.